Главная > Hadisə > Xəbərdarlıq: Fırtınalar olacaq

Xəbərdarlıq: Fırtınalar olacaq


16-11-2023, 11:02. Разместил: admin
Xəbərdarlıq: Fırtınalar olacaq


Qum və toz fırtınaları bu gün planetimizin bəzi bölgələrində daha çox yayılmış bir problem olaraq qalır.

Report xəbər verir ki, bu barədə BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyasının yeni hesabatında deyilir.

Ekspertlərinin fikrincə, hər il atmosferə təxminən 2 milyard ton qum və toz daxil olur ki, bu da təxminən Misirdəki 350 Xeops piramidasının çəkisinə uyğundur.

Qum və toz fırtınaları regional və mövsümi hadisə olaraq qalmasına baxmayaraq, onların təsirləri zəif torpaq və su idarəçiliyi, həmçinin quraqlıq və iqlim dəyişikliyi ilə daha da güclənir.

Əslində, dünyada baş verən bu cür tufanların 25%-i hansısa şəkildə insan fəaliyyəti ilə bağlıdır. Odur ki, tez-tez baş verən qum və toz fırtınaları ətraf mühitin, iqlimin, sağlamlığın, kənd təsərrüfatının, yaşayış vasitələrinin və insanların sosial-iqtisadi rifahının müxtəlif aspektlərinə təsir göstərir.

Dünya səhralaşmaya görə hər il təxminən 1 milyon kvadrat kilometr sağlam və məhsuldar torpaq itirir. 2015-ci ildən 2019-cu ilə qədər məhsuldar torpaqların sahəsi 4,2 milyon kvadrat kilometr azalıb ki, bu da Mərkəzi Asiya ölkələrinin: Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın ümumi ərazisinə uyğundur.


Вернуться назад