Главная > Hadisə > Ukraynada sifarişlə həbs olunan Qarabağ qazisi Misirdən xəbər var - VİDEO
Ukraynada sifarişlə həbs olunan Qarabağ qazisi Misirdən xəbər var - VİDEO12-08-2022, 11:46. Разместил: admin |
Ukraynada həbsdə olan Qarabağ qazisi Misir Qasımlı ilə bağlı yeni videoçarx yayılıb. "Mübarizlər" səhifəsinin təqdim etdiyi videoçarxda Qarabağ qazisinin Vətən müharibəsi günlərində ön cəbhədə çəkilmiş fraqmentləri, daha sonra isə Ukraynadakı məhkəmədən çıxışları, etirazları və çağırışları əks olunub. Artıq bir neçə müddətdir sosial mediada Misir Qasımlının Ukraynada şərlənərək həbs olunması ilə bağlı xəbərlər yayılmaqdadır. Qeyd edək ki, II Qarabağ müharibəsi iştirakçısı Misir Qasımlı 1 ildir ki, Ukraynada həbsdə saxlanılır. Onun özü həbsi ilə bağlı deyib ki, milliyətcə erməni olan bir əcnəbi tərəfindən şərlənib: “Həmin şəxs məni guya onu döyməklə şərləyib. Amma əllərində heç bir sübut yoxdur. Məni sifarişlə həbsdə saxlayırlar. Qanunsuz silah daşıma, adam qaçırma, adam döymək kimi ittihamlar irəli sürüblər. Şərləyən şəxs də İspaniyaya getdiyi üçün onu məhkəməyə belə çağırmadan iş aparırlar. Mən özüm Rusiyada yaşayırdım. Müharibə vaxtı döyüşmək üçün Azərbaycana gəlib könüllü cəbhəyə yollandım. Müharibədən sonra isə Ukraynaya gedib işlərimi orada davam elədim. Bir dəfə Azərbaycandan dostum gəlmişdi. Onunla ad gününü qeyd etməyə getmişdik. Bir ispan vətəndaşı yaxınlaşdı. Sonradan araşdıranda xəbərim oldu ki, atası ərəb, anası erməni imiş. Bizimlə ingiliscə danışırdı. Tərcümə üçün ofisianta yaxınlaşdı. Ofisiant dedi ki, səninlə tanış olmaq istəyir. Hesabımızı bağladı. Ordan çıxıb başqa yerə getdik. Yolda aramızda söz-söhbət yarandı. Mənə narkotik satmağı təklif elədi. Mən də belə şeylərdən uzaq olmaq üçün onu maşından qovdum”. <embed width="640" height="360" src="https://player.olke.az?v=9178&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed> Вернуться назад |