Главная > Hadisə > Füzulidə minaya düşən şəxslərin son durumları AÇIQLANDI - YENİLƏNİB

Füzulidə minaya düşən şəxslərin son durumları AÇIQLANDI - YENİLƏNİB


2-08-2022, 13:44. Разместил: admin
Füzulidə minaya düşən şəxslərin son durumları AÇIQLANDI - YENİLƏNİB


Füzulidə minaya düşən minatəmizləmə şirkətinin əməkdaşlarının son vəziyyətləri açıqlanıb. 

Bununla bağlı Füzuli Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. 

Bildirilib ki, xəsarət alanlar bu gün saat 10:48 radələrində təcili tibbi yardım maşını ilə xəstəxanaya gətirilib:

“1991-ci il təvəllüdlü Rövşən Əlizadə sağ qolun qəlpə yarası, 1990-cı il təvəllüdlü Yadigar Şükürov barotravma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 1976-cı il təvəllüdlü Qılman Hüseynovun sağ ayağı amputasiya olunub. Hazırda hər üçünün vəziyyəti orta-ağır qiymətləndirilir”.

***

Füzulidə üç nəfər minaya düşüb, birinin ayağı amputasiya olunub.

Bu barədə "Ölkə.az"a Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, 2022-ci il 2 avqust tarixində işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən yerli minatəmizləmə şirkətinin əməkdaşı 1976-cı il təvəllüdlü Hüseynov Qılman Hidayət oğlu Füzuli rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

İcra edilən Beynəlxalq Minatəmizləmə standartlarına əsasən yaxınlıqda olan bir neçə əməkdaş profilaktik müayinələr məqsədilə xəstəxanaya göndərilib.

Hadisə tərəfimizdən araşdırılır.

Füzuli Rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, avqustun 2-i saat 10 radələrində minatəmizləmə işləri ilə məşğul olan şirkətin 3 əməkdaşının Füzuli rayonun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalara müəyyən edilib ki, 1990-cı il təvəllüdlü Yadigar Şükürov, 1991-ci il təvəllüdlü Rövşən Əlizadə və 1976-cı il təvəllüdlü Qılman Hüseynovun qeyd edlən ərazidə minatəmizləmə işləri həyata keçirərkən piyada əleyhinə minaya düşmələri nəticəsində Y.Şükürov və R.Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Q.Hüseynovun isə sağ ayağı amputasiya olunub.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır.


Вернуться назад