Главная > Hadisə > Səfər Mehdiyevin ölkədən çıxışına “stop” qoyuldu
Səfər Mehdiyevin ölkədən çıxışına “stop” qoyuldu26-07-2022, 11:41. Разместил: admin |
Prezidentin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən uzaqlaşdırılan Səfər Mehdiyevin ölkədən çıxışına məhdudiyyət qoyulub. Gununsesi.info xəbərinə görə, sabiq komitə sədrinin ölkədən çıxışının qadağan olunması Gömrük Komitəsinin yüksək vəzifəli şəxslərinin həbsindən sonra başlanmış cinayət işinin istintaqı ilə bağlıdır. Qeyd edək ki, Dövlət Gömrük Komitəsində keçirilən antikorrupsiya əməliyyatları çərçivəsində adıçəkilən qurumun rəhbərliyində olan bir sıra generallar həbs edilib. Вернуться назад |