Главная > Hadisə > "İntihar və intihara cəhd halları azalıb" - Baş Prokurorluq
"İntihar və intihara cəhd halları azalıb" - Baş Prokurorluq22-07-2022, 15:00. Разместил: admin |
İntihar və intihara cəhd hallarının sayı əhəmiyyətli dərəcədə azalıb. "Bu barədə Baş Prokurorluqda hazırda keçirilən geniş kollegiya iclasında bildirilib. Qeyd edilib ki, aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən məqsədyönlü, o cümlədən maarifləndirici tədbirlər nəticəsində intihar və intihara cəhd hallarının azalmasında müsbət tendensiya müşahidə edilməkdədir. Belə ki, 2022-ci ilin birinci yarımilində ötən ilin müvafiq dövrü ilə müqayisədə intihar hadisələrin sayı 9,4%, intihara cəhd hadisələrin sayı isə 27,3 % azalıb. Hesabat dövründə özünü öldürmə həddinə çatdırma ilə bağlı 3 cinayət işi baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Вернуться назад |