Главная > Hadisə > Nikol elan etdi: Laçından ermənilər köçürülür. Hara?
Nikol elan etdi: Laçından ermənilər köçürülür. Hara?28-06-2022, 10:12. Разместил: admin |
Paşinyan da bəyan etdi ki, Laçın dəhlizinə alternativ marşrutun istifadəyə verilməsindən sonra Laçın şəhəri və Zabux kəndi Azərbaycana təhvil veriləcək: Ermənistan baş naziri Laçın şəhəri və Zabuxda yaşayan erməniləri mənzillə təmin edəcəklərinə dair söz verib. Laçın şəhəri və Zabuxun təmizlənməsi prosesində üç mümkün perspektiv ola bilər: Birincisi, orada qalan ermənilər çıxmağa etiraz edəcəklər: çatlaq səsələr artıq eşidilir, lakin razılaşma var və Paşinyanın açıqlaması İrəvanın artıq prosesə hazırlaşdığını deməyə əsas verir, bununla yanaşı, bu məsələ Rusiyaya üçtərəfli razılaşmada “irəliləyiş” olduğunu göstərmək baxımından lazımdır; İkincisi, çıxmaq istəməyən, lakin məcbur edilən ermənilər özlərindən geridə qalanları məhv edəcək: Kəlbəcərdə evlərə od vurduqlarını görümüşük, analoji addımın Laçın şəhərində və Zabuxda da atılacağı istisna deyil; Üçüncüsü, çıxarılacaq ermənilərin hara köçürüləcəyi vacib məqamdır, Ermənistana, yoxsa Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərinə. Paşinyan bu ermənilərin mənzillə təmin ediləcəyini deyir, lakin mənzilin harada veriləcəyini açıqlamır; mənzilin Ermənistan hökuməti tərəfindən təmin ediləcəyini nəzərə alsaq, onların Ermənistan ərazisinə köçürüləcəyi məntiqi ortaya çıxır, hərçənd, Qarabağa – separatçıların olduğu ərazilərə köçürülmələri də istisna deyil, xüsusilə sülhməramlıların olduğu bölgədə ermənilərin sayının artırılması istəyi fonunda bu mümkündür; Azərbaycan tərəfi bu məsələyə xüsusi diqqət yetirməlidir. Çünki Laçın şəhəri və Zabuxda yaşayan ermənilər Ermənistanın müxtəlif yerlərindən və Yaxın Şərqdən bu bölgəyə köçürülüb, “Qarabağ erməniləri” deyil (Qarabağda hazırda qalan ermənilərin əksəriyyətinin də sonradan bölgəyə köçürülənlər olduğu ayrı bir həqiqətdir). Misal üçün, Zabuxun qondarma “icma rəhbəri” Çavuşyan 2014-cü ildə Suriyanın Qamışlı şəhərindən Laçına gəlib, 2016-cı ildə Zabuxa köçüb, 44 günlük müharibədə başının dəstəsi ilə Azərbaycana qarşı döyüşüb. Bakı bu ermənilərin Qarabağa gətirilməməsi, eyni zamanda, evlərin və digər obyektlərin məhv edilməməsi məsələsini rusların qarşısında qaldırmalıdır. Вернуться назад |