Главная > Hadisə > Dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
Dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA9-06-2022, 10:15. Разместил: admin |
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Şəmkirdə qida zəhərlənməsi şübhəsi ilə bağlı yayılan iddialara münasibət bildirib. AQTA-dan "Ölkə.az"ın sorğusuna cavab olaraq bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Qeyd olunub ki, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək. Xatırladaq ki, Şəmkirdə 4 nəfərin vəziyyəti pisləşib, onların dönərdən zəhərlənməsi ehtimal olunur. Вернуться назад |