Главная > Hadisə > Küləkli hava ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
Küləkli hava ilə bağlı gəmilərə XƏBƏRDARLIQ6-05-2022, 11:48. Разместил: admin |
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq göndərilib. Bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC məlumat yayıb. Bildirilib ki, may ayının 6-sı axşam saatlarından 8-i səhərədək Xəzər Dəniz Akvatoriyasında şimal-qərb-şimal küləyinin saniyədə 18-23, arabir 25-30, açıq dənizdə arabir 33 metrə qədər güclənəcəyi gözlənilir. Qeyd edilib ki, gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün, gəmilərin bildirilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin olunsun. Xəbərdarlıqda həmçinin qeyd olunub ki, səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar. “Külək gözlənilən tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitanlarına tapşırılıb ki, gəmilərin təhlükəsiz dayanmalarını təmin etsinlər”, - deyə məlumatda bildirilib. Вернуться назад |