Главная > Hadisə > TƏBİB: Gecə klubundakı partlayışda yaralananlardan birinin vəziyyəti ağırdır - FOTO
TƏBİB: Gecə klubundakı partlayışda yaralananlardan birinin vəziyyəti ağırdır - FOTO11-04-2022, 10:39. Разместил: admin |
Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanların vəzityyəti açıqlanıb. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirlib ki, Seneqal vətəndaşı ağ ciyər kontuziyası, III dərəcəli yanıq xəsarəti ilə özəl tibb müəssisələrinin birində müalicə alır, vəziyyəti ağır olaraq qiymətləndirilir: "Xatırladaq ki, Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlardan hazırda TƏBİB-in tabeli tibb müəssisələrində müalicə alan yoxdur. Yaralılar yaxınlarının iltizamnaməsi əsasında bir neçə gün əvvəl Respublikada fəaliyyət göstərən özəl tibb müəssisələrinə köçürülüb". Qeyd edək ki, aprelin 3-də Bakının mərkəzində yerləşən gecə klublarının birində partlayış baş verib. Partlayış nəticəsində 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər hadisə yerində vəfat edib. Daha sonra xəsarət alan üç nəfər aparılan müalicələrə baxmayaraq həyatını itirib. Bundan başqa, partlayış nəticəsində 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə ziyan dəyib. Вернуться назад |