Главная > Hadisə > Nazir Aqil Abbasın rəis oğluna töhmət verdi - SƏBƏB
Nazir Aqil Abbasın rəis oğluna töhmət verdi - SƏBƏB17-01-2022, 11:02. Разместил: admin |
Deputat Aqil Abbasın polis rəisi olan oğlu Tuncay Abbasov töhmət alıb. "Qafqazinfo” verdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasova işində yol verdiyi nöqsanlara görə töhmət verilib. Onun Binəqədi RPİ-nin rəisi Musa Musayevin tapşırıqlarını vaxtında icra etmədiyi bildirilir. Tuncay Abbasov bundan öncə Suraxanı RPİ 33-cü Polis Bölməsinin rəisi olub. Ötən ilin aprel ayında 7-ci PB-yə təyinat alıb. Вернуться назад |