İtkin düşən daha bir əsgərin nəşi tapıldı
- 7-06-2021, 10:16
- Hadisə
- 0
- 211
Vətən Müharibəsində itkin düşən daha bir əsgərin nəşi tapılıb.
Hərbi Prokurorluqdan verilən məlumata görə, itkin düşmüş daha bir hərbi qulluqçunun – müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Məsimov Əkbər Yunis oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.
İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.