Kürün suyu kəskin azalıb - Səbəblər nədir? - VİDEO
- 27-01-2021, 10:27
- Hadisə
- 0
- 242
Bir müddətdir Xəzər dənizində suyun səviyyəsinin azalması haqda xəbərlər və müzakirələr gedir. Bu gün isə başqa bir su hövzəsində suyun azalması haqda xəbərlər gəldi. Məlum oldu ki, Kür çayında da suyun səviyyəsi yenidən aşağı düşüb. Çayın sululuğunun azalması ətraf rayonlarda yaşayan sakinlərin gündəlik həyatına birbaşa təsir edir.
Xezerxeber.az bildirir ki, Kürdə sululuq yenidən azalıb. Çayın mərkəzi hissələrində böyük adacıqlar meydana gəlib...
Maraqlısı budur ki, əvəllər Kürün quruması hallarında bu, yağıntıların az olması ilə əlaqələndirilirdi. Lakin hazırda ölkə ərazisində kifayət qədər yağıntı var. Buna baxmayaraq çayın Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsinin azalması müşahidə edilir.
Proses artıq neçə gündür davam edir. Son bir həftədə Kürdə suyun səviyyəsi 60 santimetr aşağı düşüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin mərkəz direktoru Asif Verdiyevin sözlərinə görə, Kür çayının səviyyəsi düşsə də, yaxın günlərdə bu problem aradan qalxa bilər.
Qeyd edək ki, ötən ilin iyul ayında Kürün səviyyəsi sürətlə enməyə başlayıb. Sentyabr ayının əvvəllərində çayda sululuq azca artsa da, bu günlərdə suyun səviyyəsi yenidən enib.
<embed width="670" height="400" src="https://daytube.az/embed/102098" frameborder="0" allowfullscreen></embed>