» » Bakıda gizlicə valyuta alveri edən vəzifəli şəxslər tutuldu

Bakıda gizlicə valyuta alveri edən vəzifəli şəxslər tutuldu

Bakıda gizlicə valyuta alveri edən vəzifəli şəxslər tutuldu


Ölkəmizdə yaradılmış azad və rəqabətli bazar iqtisadiyyatı mühitindən, habelə dövlətin ədalətli fiskal siyasətindən sui-istifadə edən sahibkarlıq subyektləri tərəfindən yol verilən korrupsiya hüquqpozmalarına qarşı mübarizə istiqamətində prokurorluq orqanlarının kompleks tədbirləri davam etdirilir.
Baş Prokurorluğun Mətbuat Xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, belə tədbirlərdən biri kimi, Nuhiyev Qalib Pirməmməd oğlunun qanunsuz olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.1 (xeyli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış əməliyyat-istintaq tədbirləri ilə Qalib Nuhiyevin 2019-cu ilin dekabr ayından etibarən Xudaverdiyev Eltac Həsən oğlundan icarəyə götürdüyü Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov prospekti 110 ünvanında yerləşən qeyri-yaşayış sahəsində qanunvericiliyin tələblərini pozaraq Eltac Xudaverdiyevlə birgə müvafiq dövlət qurumlarından icazə almadan və xüsusi lisenziya əldə etmədən gizli şəkildə müxtəlif xarici valyuta əskinaslarının alqı-satqısı fəaliyyəti ilə məşğul olmalarına və bu yolla 60 min manat məbləğində gəlir əldə etmələrinə əsaslı şübhələr yaranıb.

Bununla əlaqədar, məhkəmə qərarı əsasında valyuta dəyişmə məntəqəsinə texniki vasitələrdən istifadə etməklə həyata keçirilmiş baxış zamanı külli miqdarda müxtəlif məbləğlərdə yerli və xarici valyutalar, həmçinin pul vəsaitinin dövriyyəsinə dair qeyd dəftərləri və kompüterlər aşkar edilərək götürülüb.

10 yanvar 2021-ci il tarixdə Qalib Nuhiyev və Elçin Xudaverdiyev şübhəli şəxs qismində tutulublar.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya