Bakıya qar yağacaq? - Rəsmi açıqlama
- 18-12-2023, 16:00
- Hadisə
- 0
- 76
Yaxın iki gün ərzində - dekabrın 19-20-i ölkə ərazisində hava şəratinin sabitləşəcəyi və gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bunu APA-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O xatırladıb ki, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində dekabrın 17-dən 18-i səhərədək qeyri-sabit, küləkli, yağıntılı hava şəraiti müşahidə olunub:
“Bəzi yerlərdə qar yağdı və yağan qar nəticəsində bəzi bölgələrdə qar örtüyü əmələ gəldi. Lakin yaxın günlərdə ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi gözlənilir”.
Xatırladaq ki, dekabrın 18-i saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə qar qağıb, gecə və səhər saatlarında Abşeron yarımadasının bəzi yerlərində yağış sulu qara keçib. Əsən güclü şimal-qərb küləyi səhər saatlarından 8-13 m/s-dək zəifləyib. Qar örtüyünün hündürlüyü Şahdağda 16 sm, Daşkəsəndə 15 sm, Şəkidə 14 sm, Əlibəydə (Zaqatala) 13 sm, Ordubadda 11 sm, Sarıbaş (Qax), Gədəbəydə 10 sm, Qrızda 8 sm, Yardımlıda 7 sm, Xaltan, Şamaxı, Lerikdə 4 sm, Göygöl, İsmayıllı, Quba, Qusarda 3 sm, Altıağac, Qobustan, Şahbuzda 2 sm, Qəbələdə 1 sm olub.