» » Daşaltıda 31 il sonra meyitinin qalıqları tapılan şəhid dəfn olunub - YENİLƏNİB

Daşaltıda 31 il sonra meyitinin qalıqları tapılan şəhid dəfn olunub - YENİLƏNİB

Daşaltıda 31 il sonra meyitinin qalıqları tapılan şəhid dəfn olunub - YENİLƏNİB


Birinci Qarabağ müharibəsində itkin düşən, 31 il sonra meyitinin qalıqları Şuşanın Daşaltı kəndində tapılan şəhid Veysəl Qasımov dəfn olunub.

“Report” xəbər verir ki, mərhumun cənazəsi yaylım atəşi və Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında İkinci Şəhidlər xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri və ictimaiyyət üzvləri iştirak edib.

Qeyd edək ki, Veysəl Qasımov 1963-cü ildə Bakı şəhərində anadan olub. 29 saylı tam orta məktəbin məzunu olduqdan sonra könüllü ordu sıralarına yazılıb. 1992-ci ildə Şuşa döyüşlərinin iştirakçısı olub. Daşaltı əməliyyatında döyüşüb və itkin düşüb.

Xatırladaq ki, ötən ay Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyətləri müəyyən edilmiş daha 10 nəfərin meyit qalıqlarının eyniləşdirilməsinə nail olunub. Onlardan biri də şəhid Veysəl Qasımovdur.

***
Birinci Qarabağ müharibəsində itkin düşən, 31 il sonra meyitinin qalıqları Şuşanın Daşaltı kəndində tapılan şəhid Veysəl Qasımovla vida mərasimi keçirilir.

“Report” xəbər verir ki, Xətai rayonunda baş tutan mərasimdə rayon icra hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak edirlər.

Qeyd edək ki, Veysəl Qasımov 1963-cü ildə Bakı şəhərində anadan olub. 29 saylı tam orta məktəbin məzunu olduqdan sonra könüllü orda sıralarına yazılıb.
1992-ci ildə Şuşa döyüşlərinin iştirakçısı olub. Daşaltı əməliyyatında döyüşüb və itkin düşüb.

Xatırladaq ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyətləri müəyyən edilmiş daha 10 nəfərin ötən ay meyit qalıqlarının eyniləşdirilməsinə nail olunub. Onlardan biri də şəhid Veysəl Qasımovdur.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video

    055 215 64 69Girl in a jacket

    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Yanvar 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Qalereya