» » ANAMA: Avqustda 227 ədəd sursat və mina aşkarlanıb — FOTO

ANAMA: Avqustda 227 ədəd sursat və mina aşkarlanıb — FOTO

ANAMA: Avqustda 227 ədəd sursat və mina aşkarlanıb — FOTO


Bu il avqust ayı ərzində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən Ağstafa, Astara, Bərdə, Cəbrayıl, Füzuli, Xocavənd, Qazax, Oğuz, Siyəzən, Şəmkir, Tərtər, Tovuz rayonları, Bakı, Gəncə və Lənkəran şəhərləri ərazisində 635 576 kvadrat metr (63,56 ha) ərazi yoxlanılıb, 225 ədəd partlamamış hərbi sursat (PHS), iki ədəd tank əleyhinə mina (cəmi: 227 ədəd) və 2 279 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək zərərsizləşdirilib.
ANAMA-dan verilən məlumata görə, əməliyyatlarda 579 nəfərlik əməliyyat heyəti, altı mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

Avqust ayı ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən - dörd, Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti-Zəng mərkəzi sistemindən - 28 , Dövlət Sərhəd Xidmətindən (DSX) - üç və Rayon Polis şöbəsindən (RPŞ) - bir müraciət daxil olub (cəmi: 36 çağırış).

Müraciətlər əsasında Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Səhiyyə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə 32 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Ağstafa, Astara, Bərdə, Füzuli, Qazax, Oğuz, Siyəzən, Şəmkir, Tərtər, Tovuz rayonları, Bakı, Gəncə və Lənkəran şəhərləri ərazisində 10 173 m² ərazi yoxlanılıb, 49 ədəd partlamamış hərbi sursat (PHS), iki ədəd tank əleyhinə mina (cəmi: 51 ədəd) və 2 279 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Ümumiyyətlə, Agentliyin 21 ildən artıq fəaliyyəti ərzində 546 151 969 m² (54 615,2 ha) ərazi təmizlənib, 808 212 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    May 2024    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya