» » Jurnalistə hücum edən DSX zabiti cəzalandırıldı - RƏSMİ

Jurnalistə hücum edən DSX zabiti cəzalandırıldı - RƏSMİ

Jurnalistə hücum edən DSX zabiti cəzalandırıldı - RƏSMİ


"Az əvvəl qeyd etdiyiniz olayı da incələdik və nəzakətsiz davranışına görə zabitimiz töhmət alıb". 

"Bu sözləri Dövlət Sərhəd Xidmətinin aparat rəhbəri general-mayor Elçin İbrahimov Haqqın.az saytının baş redaktoru Eynulla Fətullayevlə söhbətində deyib: 

- Dövlət Sərhəd Xidməti ilk dəqiqələrdən aşırı və izahı olmayan əsəbilik nümayiş etdirməyə başladı. Bu narahatlığın, hətta belə demək olarsa, çaşqınlığın kulminasiyası BakuTV-nin jurnalisti ilə bağlı olay oldu. O olsa-olsa məmurdan şərh almağa cəhd etmişdi. Bəlkə sadəcə bütün jurnalistləri dəvət edib, ictimaiyyətin narahatlığına səbəb olan bütün suallara səmimi cavab vermək lazım idi? Niyə Dövlət Sərhəd Xidməti hətta dəfn mərasiminin işıqlandırılmasına mane olmağa cəhd etdi? Bu fakt da həmkarlarımın qəzəbinə səbəb oldu...   

- İcazənizlə sizinlə razılaşmayım. Qəza və dəfn günləri zamanı mətbuat xidmətimizin fəaliyyətini qiymətləndirərkən bütün yanaşı amilləri, baş vermiş hadisənin səbəblərini təcili aydınlaşdırmağın kifayət qədər mürəkkəb olduğunu və s.-i mütləq nəzərə almaq lazımdır. Qeyd etməyi özümə borc bilirəm ki, biz KİV-in bütün nümayəndələrinin fikrinə və mövqeyinə hörmətlə yanaşırıq və bu sizə yaxşı məlumdur. Ötən il Vətən müharibəsi zamanı, elə ondan sonra da jurnalistlərlə sıx əməkdaşlıq etmişik və edirik, onlara hər cür kömək göstəririk. Yaşıl sərhəddə, dənizdə, dövlət sərhədindən keçid məntəqələrində  fəaliyyətimizin nəticələri, İranla sərhəd zastavalarının bərpası, Ermənistanla sərhəddə infrastrukturun düzəldilməsi barədə onlara operativ məlumat veririk. Bu məqsədlə bu il jurnalistlər üçün xüsusi mediaturlar təşkil etmişik.       

O ki qaldı sizin sualınıza, gəlin sadəcə faktları nəzərdən keçirək. Helikopterin qəzaya uğraması barədə məlumat gələn kimi DSX rəhbərliyi general-polkovnik Elçin Quliyev başda olmaqla hadisə yerinə getdi. Yaralıların təxliyə olunması, hadisə yerinin qorunmasının təminatı, həlak olmuş zabitlərin cəsədlərinin tanınması, onların qohumlarına və yaxınlarına xəbər verilməsi, dəfn mərasiminin təşkili məsələsi ilə bağlı dərhal göstərişlər verildi.

Baş Prokurorluqla birgə baş vermiş hadisə haqqında ilkin məlumat verildi və həmin informasiya 12.11-də saytımıza yerləşdirildi.

DSX-nin rəis müavini general-leytenant İlham Mehdiyev hadisə yerinə gələn KİV nümayəndələri ilə görüşdü və onlara ilkin məlumat verdi. Bundan bir neçə saat sonra DSX-nin rəisi general-polkovnik Elçin Quliyev KİV nümayəndələri üçün brifinq keçirdi və jurnalistləri maraqlandıran bütün suallara cavab verdi.  

Həlak olmuş zabitlərlə vida mərasiminə gəlmiş bütün KİV nümayəndələri iş üçün hər cür şəraitlə təmin olundu. Onlara həmçinin elan edildi ki, vida mərasimində DSX nümayəndələri tərəfindən hər hansı bir bəyanat və ya müsahibə verilməyəcək.   

KİV nümayəndələrinin bir çoxu bunu anlayışla qarşılayıb. Bu səbəbdən və bizi dəstəklədiklərinə görə onlara səmimi təşəkkürümü bildirirəm. Az əvvəl qeyd etdiyiniz olayı da incələdik və nəzakətsiz davranışına görə zabitimiz töhmət alıb.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya