Главная > Gündəm / Cəmiyyət > Ədalət xanım Camalova: “Qarabağ Bizimdir, Qarabağ Azərbaycandır”!
Ədalət xanım Camalova: “Qarabağ Bizimdir, Qarabağ Azərbaycandır”!18-11-2021, 12:39. Разместил: admin |
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib. Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur. Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Abşeron rayonu Xırdalan şəhər 2 saylı tam orta məktəbin direktoru, “Tərəqqi” medallı, BDU-nun doktorantı Ədalət xanım Camalovanın keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq. Abşeron rayonu Xırdalan şəhər 2 saylı tam orta məktəbin direktoru, “Tərəqqi” medallı, BDU-nun doktorantı Ədalət xanım Camalova qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Ədalət xanım Camalova səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır. Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir. Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Abşeron rayonu Xırdalan şəhər 2 saylı tam orta məktəbin direktoru, “Tərəqqi” medallı, BDU-nun doktorantı Ədalət xanım Camalovaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq. Abşeron rayonu Xırdalan şəhər 2 saylı tam orta məktəbin direktoru, “Tərəqqi” medallı, BDU-nun doktorantı Ədalət xanım Camalova - Bu möhtəşəm Qələbə prezident-xalq birliyinin təntənəsi oldu, Azərbaycanın hərbi və iqtisadi gücünü dünyaya nümayiş etdirdi. Azərbaycan xalqı 30 illik işğala son qoydu. Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan “Qarabağ Zəfəri” Ali Baş Komandan Cənab İlham Əliyevin qüdrətli sərkərdəliyi, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qazanılıb. Xalqımız və rəşadətli Ordumuz 44 gündə şanlı tarix yazaraq ,30 illik işğala son qoydu. Müzəffər Ali Baş Komandan,Cənab prezident İlham Əliyev Azərbaycanı qalib ölkəyə, Azərbaycan xalqını qalib xalqa çevirdi. Bu möhtəşəm Qələbə, eyni zamanda prezident-xalq birliyinin təntənəsi oldu, Azərbaycanın hərbi və iqtisadi gücünü dünyaya nümayiş etdirdi. 2020-ci il sentyabrın 27-də Ermənistanın törətdiyi növbəti hərbi təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Düşmənin on illər boyu qurub möhkəmləndirdiyi müdafiə xətti müharibənin ilk günündə yarıldı. Həmin gün Füzuli, Cəbrayıl rayonlarının altı kəndi, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad olundu. Bu ordumuzda, xalqımızda böyük ruh yüksəkliyi, Qələbəyə sonsuz inam yaratdı. Cəbhədən qələbə xəbərləri gəlməkdə davam edir, prezidentimizin verdiyi bu müjdələr xalqımıza sonsuz sevinc və qürur hissləri yaşadırdı .Sözsüz ki, Qələbəmizin zirvəsi noyabrın 8-də Qarabağın tacı “Şuşa” şəhərinin azad edilməsi oldu. Cənab Prezidentimiz ,Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər Xiyabanından xalqa müraciətində səbirsizliklə gözlənilən bu müjdəni verdi, Şuşanın azad edilməsi ilə əslində müharibənin taleyi həll olundu.Noyabrın 9-da cəmi bir gün ərzində Laçın rayonunun kəndləri də daxil olmaqla ,70-dən çox yaşayış məntəqəsi işğalçılardan təmizləndi.Nəhayət, noyabrın 9-dan 10-na keçən gecə imzalanan üçtərəfli Bəyanata əsasən Ermənistan işğal altındakı digər rayonlarımızdan çıxarılmasının tarixini verdi. Ümumiyyətlə, rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində 5 şəhər ,4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Azərbaycanın Vətən Mühairbəsi –İkinci Qarabağ Müharibəsində ,xüsusən Şuşa əməliyyatı, hərb tariximizin ən parlaq səhifəsidir.Düşmənin yerlə-yeksan etdiyi həmin torpaqlarda bir ilə yaxındır ki, genişmiqyaslı quruculuq-bərpa işləri aparılır. Cənab prezidentimiz İlham Əliyev və birinci xanımı Mehriban Əliyevanın azad olunan rayonlarımıza çoxsaylı səfərləri zamanı mühüm infrastruktur obyektləri isitifadəyə verilir, yeniliklərin təməli qoyulur. Azərbaycan xalqı “Zəfər Günü”nü Qarabağda aparılan misilsiz bərpa-quruculuq işləri fonunda yüksək əhval-ruhiyyə ilə qeyd edir. Küçə və prospektlər meydanlar, eyvanlar üçrəngli bayrağımızla bəzənib.Artıq Qarabağın yaraları sağaldılır və bu yerlərə həyat qayıtmağa başlayır. “Qarabağ Bizimdir. Qarabağ Azərbaycandır”! Вернуться назад |