Главная > Gündəm / Cəmiyyət > Xəqani Məmmədov: Füzuli uğrunda gedən şiddətli döyüşlərdə qazanılan qələbə Azərbaycan xalqının və Ordusunun qəhrəmanlığının, fədakarlığının göstəricisidir
Xəqani Məmmədov: Füzuli uğrunda gedən şiddətli döyüşlərdə qazanılan qələbə Azərbaycan xalqının və Ordusunun qəhrəmanlığının, fədakarlığının göstəricisidir27-10-2021, 14:41. Разместил: admin |
Siyəzən rayon polis şöbəsinin rəisi Xəqani Məmmədov - Artıq 30 il idi ki, xalqımızın mərd, igid oğulları işğal altında olan torpaqlarımızın hər şəhərində, kəndində üçrəngli bayrağımızı sancmaq arzusu ilə yaşayırdı. Düz bir il öncə sentyabrın 27-də mənfur düşmənə qarşı əks hücum əməliyyatını həyata keçirən Azərbaycanın müzəffər Ordusu 30 illik həsrətə son qoydu.Şanlı ordumuz Ali baş Komandanımız İlham Əliyevin Dəmir Yumruq siyasəti altında düşmənə elə qan uddurdu ki, düşmən öz silah sursatını ataraq döyüş meydanından geri çəkildi. Bu gün rəzalət damğası ilə yaşayan düşmən xalqımızın iradəsinə, gücünə bir daha şahid oldu.Bu gün biz fəxrlə deyirik “Qarabağ Azərbaycandır!”. Bu ifadə Azərbaycan xalqını zəfərə aparan şüar olaraq böyükdən kiçiyə hər bir vətandaşımızın dilində əzbərə çevrildi. Bu Cənab Ali baş Komandanımız İlham Əliyevin tarixi bəyanatıdır. Bu bəyanatı özlərinə rəhbər tutaraq əsgər və zabitlərimiz müasir silahlarla, güclü döyüş taktikası və strategiyası ilə qanları hesabına tarix yazdılar. “Vətəni sevmək azdır onu qorumaq gərəkdir !“- deyib, düşmənin ürəyinə dağ çəkdi vətən oğulları. Düşmənin illərlə qurduğu istehkamları hər gün darmadağın edərək bizə cəbhədən qələbə xəbərləri göndərdi Azərbaycan əsgəri, Azərbaycan zabiti. İşğal müddətində Ermənistan silahlı qüvvələri Füzuli rayonu ərazisində çox ciddi istehkamlar qurmuşdu. Bu keçilməz istehkamların olmasına və düşmənin müqavimət göstərməsinə baxmayaraq rəşadətli Azərbaycan Ordusu bu istehkamları darmadağın edərək düşmənin belini qırdı. Cəbrayıldan, Hadrutdan sonra işğaldan azad edilən üçüncü böyük yaşayış məntəqəsi Füzuli oldu. Füzulinin azad olunmasının çox böyük əhəmiyyəti var idi. Bir neçə günlük şiddətli döyüşlərdən sonra Füzulinin azad edilməsi ilə Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı. Füzuli uğrunda gedən şiddətli döyüşlərdə qazanılan qələbə Azərbaycan xalqının və Ordusunun qəhrəmanlığının, fədakarlığının göstəricisidir. Təsadüfi deyil ki, Füzuli azad olunandan sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət aldı. Füzuli azad olunandan 3 gün sonra Zəngilan şəhəri də azad edildi, ondan beş gün sonra Qubadlı, ondan sonra Laçın dəhlizi və beləliklə, müharibənin taleyi həll olundu. Füzuli say etibarilə ən çox minalarla çirkləndirilmiş rayondur. Bütün bu maneələrə baxmayaraq Füzulidə işlər sürətlə həyata keçirilir. Artıq Füzuli şəhərinin baş planı, kəndlərin inkişaf konsepsiyası hazırlanıbdır. Birinci infrastruktur layihələri də məhz Füzulidə başlamışdır. Cəmi 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı inşa edilib. Bəlkə də dünya praktikasında, dünya tarixində bu qısa müddət ərzində, minalanmış ərazidə beynəlxalq hava limanları tikilməmişdir. Füzulidən Şuşaya elektrik xətləri çəkilib. Füzulidə yarımstansiya açıldı və ikinci yarımstansiyanın təməli qoyulmuşdur. Yollar qısa müddət ərzində çəkilib. Füzuli-Şuşa magistral yolunun çəkilişi davam edir. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Füzuli-Ağdam yollarında işlər gedir. Füzuli-Ağdam istiqamətində yeni yolun təməli qoyuldu. Ağdama gedən qonaqlar, vətəndaşlar Füzuli Beynəlxalq Hava Limanından istifadə edə bilərlər. Füzuli Beynəlxalq Hava Limanı Qarabağın hava qapısıdır. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi tapşırığına əsasən Füzuli rayonunda Zəfər və İşğal muzeyləri yaradılacaqdır. Bu müzeylərin yaradılmasında məqsəd isə erməni işğalı və Azərbaycan Ordusunun doğma torpaqlarımızı azad etməsi haqqında rayona səfər edəcək turistlərdə əyani təsəvvür yaratmaqdır. Вернуться назад |