Главная > Gündəm / Cəmiyyət > Fuad Hacıyev: Bu qələbə xalqımız haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı
Fuad Hacıyev: Bu qələbə xalqımız haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı5-10-2021, 09:00. Разместил: admin |
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev - Prezident İlham Əliyevin 2021-ci il 28 sentyabr tarixində “France-24” televiziya kanalına müsahibəsi zamanı “Münaqişə artıq öz həllini tapıb” fikri hər cür dəlillərlə öz təstiqini tapır. Min illər boyu torpaqlarımız hər zaman yağıların hücumuna məruz qalıb. Hər dövrdə Azərbaycanın ərazi bütövlüyünü bərpa edən qəhrəmanlarımız olub. Onlar hər zaman dövlətimizi parçalamağa qoymayıb. Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin işğalına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Yekun nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha nümayiş etdirdi. Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. XXI əsrin qəhrəmanı, Koroğlusu, Babəki İlham Əliyevdir. 30 ildən artıq düşmən tapdağında olan torpaqlarımızı tam olaraq düşməndən azad etdi.Bunu yaratdığı güclü ordu sayəsində və özünü güclü siyasəti nəticəsində etdi. Ali Baş komandanın əmri ilə ordumuz Qarabağı düşməndən azad etdi,bütöv Azərbaycan yarandı. Buna şübhəsi olan həm xarici ölkələrə, həm də Ermənistana dövlət başçımız hər zaman layiqli cavabını verir və bunu həmin yerlərdə quruculuq işləri görməklə, yaratmaqla göstərir. Hal-hazırda da xarici ölkə jurnalistlərini Qarabağa səfərlər edir, torpaqlarımızın yağından azad olunduğunun canlı şahidi olurlar. Münaqişəni qələbə ilə başa çatdıran Ali Baş Komandanla və ordumuzla daim qürur duyuruq! ADBTİA-NIN YENİ TƏDRİS KORPUSU İSTİFADƏYƏ VERİLİB Sentyabrın 28-də yeni tədris ilinin başlanması münasibətilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yeni, 3 mərtəbəli korpusu istifadəyə verilib. Gənclər və idman naziri Fərid Qayıbov yeni korpusda yaradılan şəraitlə tanış olub. Əvvəlcə, Akademiyanın foyesində ulu öndər Heydər Əliyevin büstü qarşısına gül qoyulub. Məlum olduğu kimi, ADBTİA-nın tələbə və məzunları İkinci Qarabağ müharibəsində misilsiz rəşadət göstəriblər. Akademiyanın 75 tələbə və magistrantı Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda silaha sarılıb. Onlardan bir çoxu qazi olub, ali təhsil ocağının 13 məzunu isə şəhidlik zirvəsinə yüksəlib. 44 günlük Vətən müharibəsi zamanı ordumuza dəstək nümayiş etdirən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası müharibədən sonrakı dövrdə də vətənpərvərlik missiyasını davam etdirir. Belə ki, Akademiya ölkədə yeni bir ideya ilə çıxış edərək, şəhid olmuş məzunların əziz xatirəsini əbədiləşdirmək və ehtiram əlaməti olaraq, onların hər birinin adını yeni korpusdakı auditoriyalara verib. Hər bir şəhid məzunun adını daşıyan auditoriyanın qapısına həmin şəhidin adı, soyadı yazılan lövhə vurulub. Həmçinin, Akademiyanın şəhid məzunların adlarına xüsusi təqaüdlər də təsis edilib. Rektor Fuad Hacıyev yeni korpusda yaradılan şəraitlə bağlı məlumat verib. Tələbələrin istifadəsinə verilən və ümümi sahəsi 1080 m2 olan tədris korpusu müasir standartlara uyğun inşa edilib. Auditoriyalar yeni elektron avadanlıqlarla, proyektorlar, eləcə də noutbuklarla təchiz edilib. Burada doktorantura və SABAH qruplarının tədrisi üçün hər bir şərait yardılıb. Nazir Fərid Qayıbova SABAH qruplarının və doktoranturanın tədrisi barədə məlumat verilib. Fərid Qayıbov Akademiyanın Elmi-Tədris Laboratoriyasınn da fəaliyyəti ilə tanış olub və burada reabilitasiya prosesi keçən qazilər Amin Musayev və Emin Eminovun səhhəti ilə maraqlanıb. Yeni tədris ilinin başlanması münasibətilə Akademiyanın akt zalında təqdimat keçirilib. Tədbirdə qonaqlara ali təhsil ocağının fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Sonda nazir Fərid Qayıbov Akademiyanın kollektivi ilə xatirə çəkdirib. Вернуться назад |