Главная > Gündəm / Mədəniyyət > Zaur Tarverdiyev: Şəhidlərimizin qanı yerdə qalmadı!
Zaur Tarverdiyev: Şəhidlərimizin qanı yerdə qalmadı!1-10-2021, 15:23. Разместил: admin |
Sumqayıt maşın bazarının müdiri Zaur Tarverdiyev - Tarix sübut edir ki, ölkələrdə istər dinc dövrdə, xüsusilə də müharibə dövründə vahid komandanlığın olması, xalqın sözünə və əməlinə etimad bəslədiyi, inam göstərdiyi rəhbərin var olması xalqın ruh yüksəkliyi üçün ən əsas amillərdəndir. II Qarabağ müharibəsi zamanı prezident İlham Əliyevin xalqa müraciətləri Azərbaycan xalqı üçün stimul, düşmən üçün isə qorxu mənbəyinə çevrilmişdir. Müharibənin başladığı ilk gün-27 Sentyabr tarixində xalqa ilk müraciətdən sonra ənənə halını alan müraciətlər 44 gün ərzində xalqı ayaqda tutub, qələbəyə inamı kəskinləşdirirdi. Hər an intizar və narahatçılıq keçirən xalq üçün bu bir təsəlli idi. Müharibədən bir il keçdikdən sonra Anım günü ilə əlaqədar prezident İlham Əliyevin yenidən xalqa müraciəti oldu. Bu müraciət artıq başqa məna kəsb edirdi. Qələbənin bizə nələr bəxş etdiyini, bu qələbəni hansı çətinliklərdən keçərək əldə etdiyimizi xatırladan prezident Anım günündə bir daha qələbənin memarlarının- Azərbaycan əsgəri, zabiti olduğunu vurğuladı. Azərbaycan xalqının artıq müzəffər bir xalq olduğunu bildirən prezident bərpa olunan ərazi bütövlüyümüzə görə şəhidlərimizə borclu olduğumuzu bildirdi. Onun çıxışında “Şəhidlərimizin qanı yerdə qalmadı” biz onların qisasını döyüş meydanında aldıq deməsi hər bir şəhid ailəsi, eləcədə hər bir Azərbaycanlı üçün təsəllidir. Şəhidlərimizə olan qayğıdan danışan prezident Anım gününün təsisini xatırladaraq, Bakıda Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin açılacağını bildirmiş və bu işlərlərin son olmadığını, şəhidlərimizin dövlətin hər zaman diqqətində olacağını da söyləmişdir. Qələbənin dünya ictimaiyyətində Azərbaycanı qalib və müzəffər bir xalq kimi tanıtdığını bildirərək Azərbaycan-Ermənistan gündəliyini formalaşdıran tərəfin artıq Azərbaycan olduğunu vurğulamaqla prezident keçən 30 ildən fərqli olaraq artıq oyunun baş qəhrəmanının ölkəmiz olduğunu ictimaiyyətə çatdırmışdır. Müharibənin gedişində dünya ölkələrinin mövqeyindən bəhs edən prezident Türkiyənin dəstəyini bir daha xatırladaraq Türkiyə xalqına da minnətdarlıq etmişdir. Bu dostu da, düşməni də gördük mesajı idi. Müraciətdə ən çox bəyəndiyim məqam cənab İlham Əliyevin qələbənin Azərbaycan xalqının birliyinin, ümumi şücaətinin bəhrəsi olmasını xalqın diqqətinə çatdırması idi. Danılmazdır ki, Azərbaycan çoxmillətli bir ölkədir və xarici ölkələr bu amildən hər zaman yararlanmağa, ölkə daxilində etnik parçalanma yaratmağa çalışırlar, ancaq illərdir Azərbaycanın yeritdiyi siyasət, milli birliyimiz bizi böyük qələbəyə apardı. Artıq hər kəs bilir ki, bu milləti parçalamaq olmaz, çünki hər kəsin canı bu vətən üçün yanır, çünki vahid Azərbaycan üçün hər kəs öz ailəsindən doğmalarından qurbanlar verib. I Qarabağ müharibəsini xatırladığımız zaman orda da igid və mərd oğullarımız vardı əlbəttəki, o zaman bu müharibədən də daha çox şəhid vermişdik, ancaq illərdir Rusiyanın müstəmləkəçiliyində olmuş, millətlərin qardaşlığına inanmış, milli birliyin nə olduğunu bilməyən xalqla 30 ildi bu günə hazırlaşdırılan xalq arasındakı fərq danılmaz idi. Prezidentin də dediyi kimi Azərbaycan xalqı öz ləyaqət işini həll etdi və bunu öz əsgərlərinin gücü, şəhidlərinin qanı hesabına etdi. Ermənistanın imzaladığı kapituliyasiya aktını xatırlayan İlham Əliyev düşmənin mənfur xislətindən də danışıb. Azərbaycan tərəfinin müharibənin başlanmasından əvvəl olan humanist mövqeyi, müharibənin gedişindəki mülki əhali ilə bağlı olan mövqeyi və bugündə hər zaman sülh tərəfdarı olmasına baxmayaraq, qarşı tərəfin revanşizim siyasəti yürütdüyünü bildirib. Ali baş komandan baş verə biləcək hər hansı təxribat hadisəsinin Ermənistan üçün hansı nəticələrə səbəb olacağını, Azərbaycan xalqı üçün, onun ərazi bütövlüyü üçün hər hansı təhlükə olacağı halda Azərbaycan əsgərinin dəmir yumruğunun onların başını əzəcəyini bir daha xatırlatdı. Xalqa müraciətin yalnız Azərbaycan xalqı tərəfindən deyil, dünya mətbuatı, ən əsası Ermənistan tərəfindən də izlənildiyi amilini nəzərə alsaq Prezidentin səsəndirdiyi fikirlərin, seçdiyi cümlələrin hər birinin yeni bir siyasi manevr, xəbərdarlıq olduğunu görərik. Əminəm ki, hər bir Azərbaycan vətəndaşı daha müharibə istəmir, müstəqil, suveren və haqqımız olan, şəhidlərimizin qanı hesabına aldığımız torpaqlarda sakit və firavan yaşamaq istəyir. Lakin müstəqilliyimizə və ərazi bütövlüyümüzə ola biləcək hər hansı qəsd bu xalqın qəzəbinə və bu qəzəbində qarşı tərəf üçün heçdə yaxşı nəticələnməyəcəyinə tək biz yox, elə dünya ölkələri, hətta Ermənistan da əmindir. Artıq dünyanın qarşısında başqa bir xalq var. Torpağının hər qarışını şəhidinin qanı ilə yoğuran, sevincini kədəri ilə qazanan xalq və bu xalq öz birliyinə xələl gətirmiyəcək, hər zaman var olacaq və daha da güclənəcək. Вернуться назад |