Главная > Gündəm > Sürücülər belə icazə alacaq — 8103-də daha bir YENİLİK
Sürücülər belə icazə alacaq — 8103-də daha bir YENİLİK2-07-2020, 12:44. Разместил: admin |
Müvafiq indeks üzrə yaşayış yerini avtomobillə tərk etmək istəyən vətəndaşlar şəxsiyyət vəsiqəsinin seriya nömrəsi ilə yanaşı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını da 8103-ə göndərməlidir. Təsdiq mesajı gəldikdən sonra vətəndaş şəxsi avtomobili ilə 2 saat müddətində yaşayış yerini tərk edə bilər. Qeyd edək ki, bu gündən Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla küçə və prospektlərdə quraşdırılmış xüsusi polis postları ləğv edilib. Bundan sonra şəhərdəki bütün qapalı məkanlarda vətəndaşlarımızın karantin rejimindən irəli gələn tələblərə, xüsusilə tibbi maskadan istifadə və sosial məsafənin gözlənilməsinə mütləq qaydada riayət etmələrinə nəzarət daha da gücləndiriləcək. Küçə və prospektlərdə, eləcə də şəhərdaxili məhəllələrdə piyada patrul naryadlarının sayı artırılacaq, nəqliyyat vasitələrinin hərəkətinə müvafiq icazənin olub-olmaması isə videomüşahidə kameraları ilə müəyyən ediləcək. Xatırladaq ki, daha əvvəl sui-istifadə hallarına yol verilməsinin qarşısının alınması məqsədilə 8103 SMS icazə ilə bağlı məhdudiyyətlər tətbiq edilib. Belə ki, müvafiq kod üzrə SMS icazənin cavab gəlişinin müddəti 15 dəqiqəyə qədər artırılıb. Bundan əlavə gün ərzində vətəndaşın müvafiq kodlardan yalnız biri ilə iki saatlıq yaşayış yerini tərk etməsinə icazə verilib. Вернуться назад |