Главная > Gündəm / Cəmiyyət > Süleyman Mikayılov: Prezidentimiz bu etimadı, nüfuzu, inamı ölkəmizi güclü dövlətə çevirməklə, ərazi bütövlüyümüzü bərpa edərək, xalqının bütün istək və arzularını gerçəkləşdirməklə qazanıb

Süleyman Mikayılov: Prezidentimiz bu etimadı, nüfuzu, inamı ölkəmizi güclü dövlətə çevirməklə, ərazi bütövlüyümüzü bərpa edərək, xalqının bütün istək və arzularını gerçəkləşdirməklə qazanıb


20-08-2021, 11:49. Разместил: admin

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mıkayılov - Dövlət başçısı cənab İlham Əliyevin hər bir nitqi, yerli və xarici mətbuata müsahibələri reallıqlarımızın təbliği ilə yanaşı, ölkə Prezidentinin natiqlik məharətini, zəngin diplomatik təcrübəsini, dünya miqyaslı siyasi lider obrazını, hər bir fikrini konkret faktlarla əsaslandırmaq bacarığını nümayiş etdirir. Bu baxımdan möhtərəm Prezidentimizin avqustun 14-də “CNN Türk” televiziya kanalına müsahibəsi mühüm məqamlarla, çağırışlarla diqqəti cəlb edir. Cənab İlham Əliyev sözügüdən müsahibədə telekanalın suallarını qalib ölkənin qalib Lideri kimi cavablandırdı. Digər mühüm məqam isə odur ki, daim dövlətinin, xalqının sabahını düşünən, gələcəyə hesablanmış siyasəti, yeni təkmil islahatları ilə Azərbaycana davamlı uğurlar qazandıran Prezidentin əldə olunan nailiyyətlərdən, dövlətimizin beynəlxalq hüquqa əsaslanan balanslaşdırılmış xarici siyasəti nəticəsində ayrı-ayrı ölkələrlə qurduğu əməkdaşlıq əlaqələrindən, postmüharibə dövrünün reallıqlarının gerçəkləşdirilməsi məqsədilə möhkəm hüquqi bazanın mövcudluğundan məmnunluğunun aydın ifadəsini yaradır. Əsas olan budur ki, Azərbaycan müstəqilliyinin 30-cu ildönümünü Prezident İlham Əliyevin qətiyyəti, ordumuzun rəşadəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində ərazi bütövlüyü təmin olunan, işğaldan azad edilən torpaqlarında üçrəngli bayrağı dalğalanan, 30 ilin işğalına 44 gündə son qoyan qalib ölkə kimi qeyd edəcək. Sözügedən müsahibə, ümumilikdə, Prezident İlham Əliyevin güclü, öz xalqını dərindən sevən, bütün qüvvə və bacarığını Azərbaycanın daha da qüdrətlənməsinə, xalqımızın ən böyük arzularının gerçəkləşdirilməsinə sərf edən, bütöv bir millətin sevgi və böyük dəstəyini qazanmış Lider olduğunu təqdim edir. Möhtərəm Prezidentimiz bu etimadı, nüfuzu, inamı ölkəmizi güclü dövlətə çevirməklə, ərazi bütövlüyümüzü bərpa edib Ümummilli lider Heydər Əliyevin vəsiyyətini, Azərbaycan xalqının bütün istək və arzularını gerçəkləşdirməklə qazanıb. 


Yeni abadlaşdırılan həyət sakinlərin istifadəsinə verilib


Qaradağ rayonunun Lökbatan qəsəbəsində Rayon İcra Hakimiyyəti tərəfindən “Regional İnkişaf” İctimai Birliyinin “Təklifin var” portalına (www.teklifimvar.az) daxil olan müraciət əsasında abadlaşdırılan həyət sakinlərin istifadəsinə verilib.
   İstifadəyə verilmiş növbəti abad məhəllə Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsi, 16, 16a, 18, 18a, 20 və 22 N-li binaların qarşısında yerləşir.
  Abadlaşdırılan və 6300 kv.m sahəsi olan həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti və bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə əyləncə qurğuları yerləşdirilib.
  Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələri, sağlamlıqlarının möhkəmləndirilməsi, asudə vaxtlarını səmərəli keçirməsinə dəstək verməkdir.
  Sakinlərin istək və maraqları nəzərə alınaraq, çoxmənzilli binaların fasadları və giriş hissələri də tam təmir olunaraq istifadəyə verilmişdir. Yeni məhəllədə 6000 kv.m asfalt örtüyü vurulmuş, 10 ədəd işıq dirəyi, 4 ədəd söhbətkeş, 2 komplekt uşaq yelləncəyi, 8 ədəd oturacaq quraşdırılmış, yaşıllaşdırma işləri aparılmış, 650 kv.m qazon salınmışdır.
   Aparılmış quruculuq-abadlıq işləri çərçivəsində 1000 metr bardür səki, 160 metr bardür beton quraşdırılmış, 50 kv.m aqlay vurulmuş, 200 kv.m hörgü, 400 kv.m suvaq işi görülmüşdir. Binaların fasadlarının suvanması zamanı 1200 kv.m suvaq, boyanması zamanı 18000 kv.m sahə boyaq işləri görülmüşdür.
  Xatırladaq ki, abad məhəllələrin salınmasının əsas məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.



Şəhidlər unudulmur


Bu gün torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, Abbasov Pünhan Nəsir  oğlunun doğum günüdür. Abbasov Pünhan Nəsir oğlu 17.08.1997 -ci il tarixində Qaradağ rayonu,Qobustan qəsəbəsində anadan olmuşdur.44 günlük Vətən müharibəsində düşmənə qarşı aparılan “Dəmir yumruğ” əməliyyatında Suqovuşan istiqamətindəki döyüşlərdə iştirak etmişdir və 17.10.2020-ci il tarixində qəhrəmancasına şəhid olmuşdur. Müharibədə göstərdiyi rəşadətə,igidliyə görə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları  ilə təltif olunmuşdur.
Qaradağ rayon İcra Hakimiyyətinin rəhbərliyi ,Milli Məclisin deputatı,şəhidimizin xidmət etdiyi hərbi hissənin zabit heyyəti,döyüş yoldaşları şəhid Abbasov Pünhan Nəsir oğlunun doğum günü ilə əlaqədar olaraq şəhidin məzarını ziyarət etmiş, məzarı üzərinə əklil qoymuşdur.
Daha sonra şəhidin evi ziyarət olunmuş, şəhid ailəsinə ərzaq yardımı edilmişdir. Şəhid ailəsi ilə söhbət edilmiş, şəhidlərimizin əbədi ehtirama layiq olduğu bildirmişdir.Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları  ilə bağlı dövlətin mühüm tədbirlər gördüyünü diqqətə çatdırmışdır.
Şəhidin valideyinləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını  bildirmiş  və  ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə etmişdir.




Вернуться назад