Главная > Gündəm / Bölgə > Taleh Qaraşov: Azərbaycan qarşısında qoyduğu istənilən hədəfə çatmaq iqtidarında olan dövlətdir

Taleh Qaraşov: Azərbaycan qarşısında qoyduğu istənilən hədəfə çatmaq iqtidarında olan dövlətdir


19-08-2021, 14:41. Разместил: admin

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov  - Azərbaycan dünya miqyasında elə də böyük dövlət olmasa da, lakin onun sözünün mənası və çəkisi çox böyükdür. Çox böyük məna yükü və əhəmiyyəti olan bu fikirlərin müəllifi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Həm də Azərbaycanın dünya miqyasında sözünün böyüklüyünü təmin edən şəxs də elə İlham Əliyevin özüdür. Ölkə başçısının həyata keçirdiyi uğurlu daxili və xarici siyasət sayəsində bu gün Azərbaycan dünyada mövqeyi kifayət qədər güclü olan bir dövlətə çevrilib. Azərbaycanı beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edirlər və Azərbaycan qarşısında qoyduğu istənilən hədəfə çatmaq iqtidarında olan dövlətdir. Eyni zamanda, Azərbaycan dövləti Ali Baş Komandanın rəhbərliyi altında yeni bir tarix yazmış dövlətdir. Xüsusilə də 44 günlük Vətən müharibəsin dövründə cənab Prezidentin rəhbərliyi ilə bizim yenilməz ordumuzun qazandığı tarixi qələbədə, sözün həqiqi mənasında Azərbaycan bütün gücünü və potensialını ortaya qoydu. Həm də o reallığı ortaya qoydu ki, bu qələbəni təmin edən üç mühüm amil var: birincisi cənab Prezidentin siyasi iradəsi, ikincisi ordumuzun Ali Baş Komandanın rəhbərliyi altında göstərdiyi qəhrəmanlıq, üçüncüsü isə xalqın birbaşa dəstəyidir.

Azərbaycan Prezidentinin qazandığı bütün bu tarixi uğurların kökündə dayanan əsas amil odur ki, o öz xalqını bütün varlığı ilə sevir və bu sevgi qarşılıqlıdır. Xalq da cənab Prezidentin arxasında dayanıb və istənilən mövqeyini birmənalı şəkildə dəstəkləyir. Bunun sayəsində müəyyən beynəlxalq, siyasi dairələr anti-azərbaycan qüvvələr ölkəmizlə bağlı çirkin niyyətlərini həyata keçirmək üçün heç bir münbit şərait əldə edə bilmirlər. Bunun səbəbi həm də onunla bağlıdır ki, ölkə Prezidenti müstəqil, xalqının milli mənafeyindən irəli gələn siysət həyata keçirir. Bu siyasət heç bir halda üçüncü dövləti hədəf almayıb. Bu qarşılıqlı əməkdaşlığa, bərabər hüquqa söykənən siyasətdir. Elə bunun da səyəsində dünyanı narahat edən ən mürəkkəb problemləri həll etmək üçün ABŞ və NATO, Rusiyanın ali hərbi rəhbərliyi danışıqlar aparmaq üçün məhz Azərbaycanın paytaxtı olan Bakı şəhərini seçiblər. Bu da cənab Prezident İlham Əliyeva olan inam və etimaddan irəli gəlir.

Azərbaycan qarşısında yeni hədəflər müəyyən edib. İşğaldan azad olunmuş torpaqların bərpası və yenidənqurulması bizim üçün bir nömrəli məsələdir. Bunu həyata keçirmək üçün bizim bütün imkanlarımız var. Siyasi iradə və xalqın dəstəyi də ortadadır. Maliyyə resurslarımız da var. Dostlarımız da bizi dəstəkləyir. İşğaldan azad olunmuş torpaqlarımızın cənnətə çevrilməsi həm də strateji hədəf kimi müəyyən edilir. Bunun da çox böyük mənası var ki, “qoy Ermənistan rəhbərliyi papağını qabağına qoyub düşünsün ki, yeganə yol əməkdaşlıq yoludur”. Ermənistan uçurumun astanasındadır. Yalnız əməkdaşlıq yolu ilə onun da nicatı və xilası da mümkündür.
 


Lənkəranda Vətən müharibəsi şəhidlərinin xatirəsi əbədiləşdirilir


İşğal olunmuş torpaqların azad olunması ilə nəticələnmiş 44 günlük Vətən müharibəsində lənkəranlı gənclər də mərdliklə vuruşaraq misilsiz rəşadət və qəhrəmanlıq nümayiş etdiriblər. Ölkə prezidenti cənab İlham Əliyevin əmri ilə Vətən torpaqlarının azadlığı uğrunda ölüm-dirim savaşına qalxan bu gənclər Milli Ordumuza qoşulub dəmir yumruqları ilə azğın düşmənin başını əzib onun ordusunu darmadağın etdilər. Lənkəranlılar fəxr edirlər ki, 30 illik fasilədən sonra torpaqlarımızın erməni işğalından azad olunmasında onların övladları, qardaşları, ataları, doğmaları da iştirak edib yaralanıblar, qəhrəmancasına şəhid olublar. Bu gün Lənkəranda şəhidlərə, qazilərə böyük hörmət və ehtiram var. Həm birinci, həm də ikinci Qarabağ müharibəsində qanları ilə Vətən tarixinə şanlı səhifələr yazmış şəhidlər heç vaxt unudulmur, həm dövlət, həm də xalq tərəfindən xatirələri əziz tutulur, adları əbədiləşdirilir.Onlardan üçü- Hüseynov Vüsal Yəhya oğlu, Quliyev Samir Məhərrəm oğlu və Məmmədli Eməddin Anar oğlu rayonun Velədi kəndindəndir. Könüllü olaraq cəbhəyə getmiş bu gənclər döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəliblər. Onların qəhrəmanlığı ilə qürur duyan kənd sakinləri xatirələrini əbədiləşdirmək üçün bir sıra təşəbbüslər irəli sürüblər. Məhz onların təşəbbüsü ilə kəndin başdanbaşa asfaltlanmış küçələrinə şəhidlərin adları verilmiş, “Şəhidlər bulağı” tikilmişdir. Avqustun 17-də Velədi kəndində, Bakı-Astara magistral yolunun kənarında “Şəhidlər bulağı”nın açılışına həsr olunmuş tədbir  keçirilib. Karantin qaydalarına uyğun keçirilən tədbirdə Lənkəran ŞİH başçısının birinci müavini M.Babayev, İcra aparatının rəsmiləri, şəhid ailə üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edən şəhid ailə üzvləri şəhid adına göstərilən yüksək ehtirama və dövlət tərəfindən əhatə olunduqları diqqət və qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.



Lənkəran şəhərində küçələr asfaltlanır

Ölkəmizdə böyük uğurla həyata keçirilən islahatlar kursu sosial-iqtisadi həyatın bütün sahələrində dinamik inkişaf üçün yeni-yeni  imkanlar yaradır. Cənab Prezident İlham Əliyevin ardıcıl diqqəti və qayğısı ilə yaradılan bu imkanlar hesabına ölkənin hər yerində olduğu kimi Lənkəran rayonunda da sosial-iqtisadi inkişaf davamlı şəkil alıb. Pandemiya şəraitinə baxmayaraq cari ilin birinci yarısında rayonda bütün sahələrdə iş ahəngdarlığı durmadan yüksəlib, yeni layihələrin icrası geniş vüsət alıb. Bu dövrdə şəhər İcra hakimiyyətinin tədbirlər planına uyğun olaraq Lənkəran şəhərində, qəsəbə və kəndlərdə tikinti, abadlıq-quruculuq işləri həyata keçirilərək səliqə-sahman yaradılıb, yollar boyunca divarlar, barılar suvaqlanaraq yenidən rənglənib, ağac və gül kolları əkilərək yeni yaşıllıqlar yaradılıb, şəhərin çoxmənzilli yaşayış binalarının dam örtüklərində və fasadlarda təmir işləri aparılıb. Hazırda şəhərdə küçələrin asfaltlanması işləri görülür, səkilərdə cari təmir işləri aparılır. Artıq şəhərin M.Ə.Sabir küç., C.Cabbarlı küç., A.Məmmədli küç., M.F.Axundzadə küç., Dədə Qorqud küç., S.Vurğun küç., İ.Qayıbov küç., Hacı Nəsir küç., Nizami küç. ilə Akademik Z.Əliyeva küç.ni birləşdirən dalan yolu, Akademik Z.Əliyeva küç. 78/6 saylı binanın qarşısındakı yol, Şeyx Zahid küç. döngə 1,  eyni zamanda Liman şəhərinin R.Rza küçələrində asfaltlanma işlərinə başlanılıb. Adları çəkilən küçələrdə ümumilikdə 22000 kv/metr yol sahəsinə isti asfalt döşənilməsi nəzərdə tutulub. Yol-Tikinti ASC tərəfindən həyata keçirilən asfaltlanma işləri yüksək keyfiyyətlə aparılır. Asfaltlanma və digər abadlıq işlərini sakinlər sevinc hissi və minnətdarlıqla qarşılayırlar.


Вернуться назад