Главная > Gündəm / Səhiyyə > Fikrət Zeynalov: Dövlətimiz hər bir vətəndaşının sağlamlığının təminatçısıdır

Fikrət Zeynalov: Dövlətimiz hər bir vətəndaşının sağlamlığının təminatçısıdır


16-08-2021, 10:36. Разместил: admin


İt hürər karvan keçər. "Yel qayadan nə apara bilər ki...."

Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsə də sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhdəti özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ata, işində yorulmaz rəhbər, nümunəvi icra başçısıdı. Bu şəxs kimidir?

Çox pis zəmanədə yaşayırıq. Vəzifə, səlahiyyət sahibi olanlar arasında onlara yuxarılardan və aşağılardan olan inam və etimadı doğruldanları barmaqla saymaq olar. Ömrünü-gününü bu müqəddəs amala həsr edənlər, həmin barmaqla sayılanlar arasında Sabunçu 3 Saylı Şəhər Klinik Xəstəxanası baş həkimi Fikrət Zeynalov adının olması kimsəyə sirr deyil. Kişi əsl saflıq, təmizlik nümunəsidir.

Sabunçu 3 Saylı Şəhər Klinik Xəstəxanası baş həkimi Fikrət Zeynalovun hər bir rəhbər şəxsə əsl nümunə, görk olan yüksək məziyyətlərindən danışmaqla onun portretinin cizgilərini cızmaq belə mümkün deyil. Bir də sözümüzü tərsə başa düşməyələr. O portreti cızılacaq adam kimsənin xəyalından belə “inanan daşa dönsün” fikri o böyük ürək sahibinə qarşı çox böyük hörmətsizlik olardı.

102xeber.az-ın əməkdaslarının araşdırması nəticəsində şəhər sakinləri haqqında sorğu keçirdik. Bir ağızla dedilər: Sabunçu 3 Saylı Şəhər Klinik Xəstəxanası baş həkimi Fikrət Zeynalov ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır.

Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.

Sabunçu 3 Saylı Şəhər Klinik Xəstəxanası baş həkimi Fikrət Zeynalov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Fikrət Zeynalov bu işin müqəddəsliyini qoruyub saxlayır. Fikrət Zeynalov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Fikrət Zeynalovdan danışdılar yaxşı ki, Fikrət Zeynalov Sabunçu 3 Saylı Şəhər Klinik Xəstəxanası baş həkimidir… Fikrət Zeynalov öz isguzarlığı ilə tanınır və seçilir….

Fikrət Zeynalov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Fikrət Zeynalovu heç vaxt əqidəsindən döndərə bilməz.

Fikrət Zeynalov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Fikrət Zeynalov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Fikrət Zeynalov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Fikrət Zeynalovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Fikrət Zeynalov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Fikrət Zeynalov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Sabunçu 3 Saylı Şəhər Klinik Xəstəxanası baş həkimi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Fikrət Zeynalov özünü doğruldub. Bizdə hörmətli Fikrət Zeynalovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Sabunçu 3 Saylı Şəhər Klinik Xəstəxanası baş həkimi Fikrət Zeynalov - Müəllifi Ümummilli lider Heydər Əliyev olan Azərbaycan Respublikasının Konstitusiyasında vətəndaşlarının konstitusion hüquqlarından biri də onların sağlamlığının qorunmasıdır ki, dövlətimiz bu hüququn birbaşa təminatçısı kimi 2019-cu ilin sonundan etibarən sürətlə yayılmağa başlamış və bütün dünyanı əhatə etmiş COVID-19 xəstəliyi ilə bağlı ardıcıl tədbirlər həyata keçirməkdədir.

2020-ci il 27 fevral tarixindən COVID-19 xəstəliyinin qarşısının alınması üçün profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Əksepidemik tədbirlərin dövlət tərəfindən idarə olunması nəticəsində mövcud vəziyyətin ölkə iqtisadiyyatına mənfi təsirinin qarşısı alınmışdır.

Pandemiya elan olunan gündən karantin rejimi tətbiq olunmaqla yanaşı dövlət səhiyyə sisteminin imkanlarının gücləndirilməsi, yeni modul tipli klinikaların istismara verilməsi, özəl klinikaların əksepidemik tədbirlərə cəlb olunması bu xəstəliyin müalicəsində lazımi dərman vasitələri ilə, avadanlıqlarla və qoruyucu vasitələrlə təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Pandemiya şəraitində əhali arasında xəstələnmə hallarının digər ölkələrlə müqayisədə az olması, ölüm səviyyəsinin yüksək olmaması aparılmış tədbirlərin səmərəliliyinin göstəricisidir.

Pandemiyanın davam etdiyini, COVID-19 xəstəliyinin insanların sağlamlığı üçün təhlükəli olmasını, mühüm həyati vacib məsələlərin həll edilməsini nəzərə alaraq bu xəstəliyə qarşı mübarizədə güclü təsiredici imkana malik vaksinlərə ehtiyac vardır ki, Azərbaycanda immunoprofilaktika sahəsində dövlət siyasəti yoluxucu xəstəliklərin yayılmasının məhdudlaşdırılmasına və aradan qaldırılmasına, əhali arasında xəstələnmə və ölüm hallarının qarşısının alınmasına yönəldilmişdir. Bu istiqamətdə dövlət tərəfindən müvafiq işlər həyata keçirilir. Bunlardan biri də əhali arasında planlı vaksinasiyanın aparılmasıdır ki, bu da “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın əsasında aparılır.

Strategiyaya əsasən bütün vətəndaşlar üçün profilaktik peyvəndlər zəruridir. Dövlətimiz tərəfindən əhalinin profilaktik vaksinasiyası dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz aparılır. Müəyyən edilmiş vaksinlərin təhlükəsizliyinə, saxlanılmasına və daşınmasına dövlət nəzarəti var .Vaksinasiyanın səmərəliliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə əhali arasında maarifləndirmə tədbirləri aparılmışdır. Vaksinasiyaya hazırlıq mərhələsində tibb

müəssisələrinin və tibb işçilərinin hazırlığı təmin edilmişdir. Eyni zamanda vaksinasiya dövründə real əksgöstərişlər olduqda imtina səbəbinin yazılı şəkildə bildirilməsi,gözlənilməyən və qeyri-müəyyən postvaksinal fəsadlar baş verdikdə vətəndaşların tibbi və sosial müdafiəsi məsələləri adı qeyd edilən Strategiyada əksini tapan məsələlərdir.

Həmçinin pandemiyanın tüğyan etdiyi dövr ərzində dövlətimizin vaksinasiya sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirdiyinin şahidi oluruq.

Profilaktik vaksinasiya vətəndaşların razılığı əsasında aparılır, həmçinin profilaktik vaksinlərin dövlət və bələdiyyə tibb müəssisələrində və ya özəl tibb fəaliyyəti üçün qanunvericiliklə müəyyən olunmuş qaydada xüsusi razılıq alan hüququ və fiziki şəxslər tərəfindən aparılması müəyyən olunmuşdur.

Virusun əhatə dairəsinin və coğrafiyasının genişlənməsi iqtisadiyyata, maliyyə və əmtəə bazarlarına mənfi təsir etməklə iqtisadi tarazlığın pozulmasına gətirib çıxarmışdır. Ölkədə sosial təcrid tədbirləri nəticəsində iqtisadiyyatın əksər sahələrində yaranan çətinliklər işgüzar aktivliyə və iqtisadi artıma mənfi təsir göstərmişdir.

Pandemiya ilə mübarizə tədbirləri, onun ölkə iqtisadiyyatında yaratdığı mənfi təsirlərin azaldılması üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə dövlət büdcəsindən və digər mənbələr hesabına bötüvlükdə təxminən 2,5 milyard manat vəsait ayrılmışdır.

COVID-19 xəstəliyinə qarşı vaksinasiyanın uğurlu icra edilməsi üçün hər birimiz bir vətəndaş kimi səfərbər olmalı, mövcud olan epidemik vəziyyəti və infeksiyanın yayılma təhlükəsini dərk edərək özümüzün və digərlərinin sağlamlığının qorunması məqsədilə vaksinasiyada könüllü olaraq iştiraketmə qərarını verməli, dövlətimizin COVID-19 xəstəliyinə qarşı mübarizədə effektiv, keyfiyyətli və təhlükəsiz vaksin seçilmində atdığı addıma uyğun vaksinləri seçməli, pandemiya ilə mübarizədə vaksinasiyanı hər bir fərdin gəlir səviyyəsindən, yaşayış yerindən və digər fərqli xüsusiyyətlərindən asılı olmayaraq ədalətli şəkildə aparmalı, vaksinasiyaya cəlb olunmuş bütün maraqlı tərəflərin fəaliyyətləri birbaşa əhalinin sağlamlığı və cəmiyyətin inamına təsir etdiyi üçün vaksinasiya proqramını məsuliyyətlə və vaxtında icra etməliyik.

Vaksinasiyanın aparılmasında əsas hədəfin epidemioloji vəziyyətin stabilləşdirilməsi, xəstələnmə və ölümlə nəticələnən halların azaldılması olduğunu unutmamalıyıq. Bu hədəfə nail olmaq üçün hər birimiz dövlətimizə və xalqımıza dəstək olmalıyıq.



Вернуться назад