Главная > Gündəm / Cəmiyyət > “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizə ŞƏRƏFLƏ xidmət edir - ÖZƏL

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizə ŞƏRƏFLƏ xidmət edir - ÖZƏL


11-08-2021, 11:41. Разместил: admin

PREZİDENT İLHAM ƏLİYEV ƏSASLI ŞƏKİLDƏ YENİDƏN QURULAN 500/330/220 KİLOVOLTLUQ “ABŞERON” YARIMSTANSİYASININ AÇILIŞINDA İŞTİRAK EDİB




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan 500/330/220 kilovoltluq “Abşeron” yarımstansiyasının açılışında iştirak edib.
Ötən əsrin 70-ci illərinin əvvəlindən başlayaraq ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə elektroenergetika sahəsi sürətlə inkişaf edib. Məhz həmin illərdə Ümummilli Liderin təşəbbüsü və birbaşa rəhbərliyi ilə Cənubi Qafqazda ən böyük istilik elektrik stansiyası olan "Azərbaycan" İstilik Elektrik Stansiyası inşa edilib, Bakı şəhəri və Abşeron yarımadasının sürətlə artan tələbatını qarşılamaq üçün bu stansiyada istehsal olunan elektrik enerjisinin Abşeron yarımadasına ötürülməsi məqsədilə ölkənin ən böyük yarımstansiyası olan 500/330/220 kilovoltluq “Abşeron” yarımstansiyasının tikilməsinə başlanılıb.
“Abşeron” yarımstansiyasında 40 ilə yaxın müddətdə istismarda olan avadanlıqlar köhnəldiyindən, yeni texnologiyalara cavab vermədiyindən və bütün bunlarla yanaşı, tələbat dəfələrlə artdığından istismarda ciddi problemlər yaranırdı. Məhz buna görə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq ölkənin ən böyük yarımstansiyası olan “Abşeron” yarımstansiyası əsaslı şəkildə yenidən qurulub.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına məlumat verdi ki, bu yarımstansiya bütövlükdə Bakı və Abşeron yarımadasının əksər hissəsini elektrik enerjisi ilə təchiz edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən siyasət nəticəsində sosial məsələlərin həlli, o cümlədən əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təminatı baxımından olduqca mühüm layihələr həyata keçirilib. Bu layihələrin hazırda dünyada davam edən pandemiya və iqtisadi-maliyyə çətinlikləri fonunda da uğurla icra olunması Azərbaycan dövlətinin qüdrətini nümayiş etdirməklə yanaşı, ölkəmizdə sosial infrastrukturun daha da müasirləşdirilməsi üçün atılan addımların ardıcıl olduğunu göstərir. “Abşeron” yarımstansiyasının müasir səviyyədə yenidən qurulması da Azərbaycanda enerjisistemin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi baxımından böyük rol oynayır.
Yenidənqurma işləri çərçivəsində köhnə idarəetmə binası əsaslı təmir edilib. Məhz burada ilk dəfə 22 nömrədən ibarət mühəndis-yataqxana korpusu inşa olunub, işçilərin istirahəti, idmanla məşğul olması, asudə vaxtlarını səmərəli keçirməsi üçün hərtərəfli şərait yaradılıb. Yarımstansiyanın strateji əhəmiyyəti nəzərə alınaraq, onun səmərəli və etibarlı iş rejiminin, dayanıqlığının artırılması, istismar xərclərinin azaldılması, işçi heyəti üçün təhlükəsiz və rahat iş şəraitinin yaradılmasına tam nail olunub.
Qeyd edək ki, "Abşeron" enerji qovşağı nəinki Bakı və Abşeron yarımadasının, bütövlükdə ölkənin enerji sisteminin əsas bazası hesab olunur. Belə ki, Mingəçevir, Şirvan və digər şəhərlərdə yerləşən iri elektrik stansiyalarından çox böyük həcmdə yük məhz “Abşeron” yarımstansiyasına, buradan isə sistem əhəmiyyətli 330, 220 kilovoltluq yarımstansiyalara ötürülür.
Yenidənqurma işləri zamanı yarımstansiyasının 500 və 330 kilovoltluq açıq paylayıcı qurğularında avadanlıqlar yenilənib, ərazi genişləndirilib, yeni 220 kilovoltluq açıq paylayıcı qurğu inşa edilib. Həmçinin İdarəetmə Mərkəzi tikilib və müasir qurğularla təchiz olunub. İdarəetmənin təkmilləşdirilməsi, yarımstansiyanın işinə real zaman rejimində nəzarət olunması və göstəricilərin “Azərenerji”nin SCADA sisteminə ötürülməsi məqsədilə yerli mikro-SCADA dispetçer idarəetmə sistemi qurulub və enerjisistemin mərkəzi SCADA sisteminə inteqrasiya olunub. Beləliklə, yarımstansiyanın idarə olunması tam rəqəmsallaşdırılıb. Eyni zamanda dispetçer idarəetmə otağında mərkəzi SCADA sistemi tam həcmdə təkrar ehtiyat variantda quraşdırılıb.
Prezident İlham Əliyev “Abşeron” yarımstansiyasını işə saldı.
Yarımstansiya Azərbaycanın dörd ən böyük istilik elektrik stansiyası - “Azərbaycan” İstilik Elektrik Stansiyası, “Sumqayıt”, “Şimal” və “Cənub” elektrik stansiyaları, həmçinin “Mingəçevir” Su Elektrik Stansiyası, “Səngəçal”, “Qobu” elektrik stansiyaları, “Xaçmaz” modul tipli elektrik stansiyası ilə əlaqələndirilib. Beləliklə, bu yarımstansiya bu qədər böyük generasiya mənbələri ilə əlaqələndirilən yeganə qovşaq yarımstansiyasıdır.
Yarımstansiyanın əsaslı şəkildə yenidən qurulması ilə onun yükötürmə qabiliyyətinin artırılmasına, elektrik təchizatının etibarlığının və dayanıqlığının yüksəldilməsinə, itkilərin azaldılmasına, müasir standartlara cavab verən innovativ həllərin tətbiqinə nail olunub.
Qarşıda duran layihələrdən biri də Rusiya ilə mövcud Yaşma-Dərbənd xəttinə paralel olaraq yeni 330 kilovoltluq Dərbənd-Abşeron xəttinin tikintisidir. Bununla əlaqədar yarımstansiyada genişləndirmə işləri aparılıb.
 
























PREZİDENT İLHAM ƏLİYEV ƏSASLI ŞƏKİLDƏ YENİDƏN QURULAN 110/35/6 KİLOVOLTLUQ “SURAXANI” YARIMSTANSİYASININ AÇILIŞINDA İŞTİRAK EDİB


1932-ci ildə tikilən “Suraxanı” yarımstansiyası istismar müddətini dəfələrlə keçmişdi və təbii ki, artan tələbatı qarşılaya bilmirdi. Məhz buna görə, yarımstansiyada əsaslı şəkildə yenidənqurma işləri aparıldı.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına məlumat verdi ki, yarımstansiya sökülərək açıq tiplidən qapalı tipli variantda tam yenidən qurulub.
Dövlətimizin başçısı yarımstansiyanı işə saldı.
Hazırda dünyada pandemiyanın davam etməsinə və iqtisadi-maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial infrastrukturun daha da müasirləşdirilməsi, əhalinin sosial məsələlərinin həlli istiqamətində icra olunan layihələr uğurla və ardıcıl şəkildə davam edir. Bu layihələr arasında əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təminatı istiqamətində həyata keçirilən işlər xüsusi yer tutur. Son illərdə yeni müasir elektrik yarımstansiyalarının yaradılması, mövcudlarının əsaslı yenidən qurulması bu sahənin maddi-texniki bazasının daha da möhkəmləndirilməsində mühüm rol oynayır və nəticədə istehlakçıların etibarlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunmasını təmin edir.
“Suraxanı” yarımstansiyasında digərlərində olduğu kimi müasir avadanlıq quraşdırılıb. Yarımstansiya Suraxanı rayonunu, Sabunçu və Xəzər rayonlarının bir hissəsini, o cümlədən bir neçə digər sosial strateji və sosial infrastruktur obyektini elektrik enerjisi ilə təchiz edəcək.
Xüsusi layihə əsasında “Suraxanı” yarımstansiyasının gərginliyi dəyişdirilərək 110/20/6 kilovoltluqdan 110/35/6 kilovoltluğa keçirilib, itkilərin azaldılmasına nail olunub. Eyni zamanda, yarımstansiyanın transformatorlarının ümumi gücü də 126 meqavolt amperədək artırılıb. Müasir avadanlığın quraşdırılması nəticəsində yarımstansiyanın istismar xərclərinin azaldılmasına, işçi heyətin təhlükəsiz əmək fəaliyyətinə, avadanlıqların ətraf mühitin zərərli təsirindən qorunmasına və yarımstansiyanın daha səmərəli fəaliyyət göstərməsinə nail olunub.
 













AĞDAMDA İKİ 110 KV-LUQ YARIMSTANSİYA TİKİLİR


 
Ağdam rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədi ilə Ölkə Prezidentinin tapşırığına uyğun olaraq “Azərenerji” tərəfindən kompleks işlər həyata keçirilir. Belə ki, Ağdam rayonunun böyüklüyü və ərazidə böyük layihələrin gerçəkləşəcəyi nəzərə alınmaqla burada 2 ədəd 110/35/10 kilovoltluq “Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları tikilir. “Ağdam-1” yarımstansiyası rayon mərkəzinin girişində, keçmiş avtovağzalın yanında, “Ağdam-2” yarımstansiyası isə rayonun Əsgərana yaxın, Şelli kəndi istiqamətində inşa edilir. Ən əsası sözügedən yarımstansiyalara “Xındırıstan” yarımstansiyasından 40 km məsafədə ikidövrəli 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətti çəkilir. Bundan əlavə, “Ağdam-1” yarımstansiyasının yaxınlığında “Azərenerji”nin Qarabağ Regional İdarəetmə Mərkəzi də tikilir ki, burada ən müasir rəqəmsal avadanlıqlar yerləşdirilməklə işğaldan azad edilən rayonların avtomatik idarəetməsi reallaşdırılacaq.
 “Ağdam-1” yarımstansiyasında işlər sürətlə aparılır. “Ağdam-2” yarımstansiyasında isə artıq işlərin böyük hissəsi görülüb, tikinti yekunlaşma mərhələsinə daxil olub. 40 km məsafədə çəkilən 110 kV-luq elektrik verilişi xəttinin, o cümlədən “Ağdam-1”, “Ağdam-2” yarımstansiyalarının, eləcə də burada inşa edilən Qarabağın Regional İdarətmə Mərkəzinin tikintisinin yaxın aylarda yekunlaşdırılması planlaşdırılıb.
 








Вернуться назад