Главная > Gündəm / Cəmiyyət > Vüqar Əhmədov: Bölgənin sürətli inkişafına zəmin yaradan Zəfər
Vüqar Əhmədov: Bölgənin sürətli inkişafına zəmin yaradan Zəfər23-06-2021, 10:31. Разместил: admin |
"Azərişıq" ASC-nin sədr müavini Vüqar Əhmədov - Azərbaycan elə bir coğrafi məkanda yerləşir ki, qərbdən şərqə, şimaldan cənuba gedən yollar burada kəsişir. İqtisadi və ticarət əlaqələrinin inkişafına önəm verən ölkələr üçün Azərbaycan bu mənada böyük əhəmiyyət kəsb edir. Bu baxımdan həm region dövlətləri, həm də digər ölkələr burada oz maraqlarını həyata keçirməyə çalışırlar. 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarının bir hissəsinin işğal altında qalması regionun iqtisadi-mədəni inkişafına böyük zərbə vururdu. Azərbaycanın Naxçıvanla birbaşa dəmiryolu və avtomobil yollarınin bağlı olması Azərbaycan və Türkiyə əlaqələrinin sürətli inkişafına mane olurdu. Torpaqlarımızın uzun illər işğal altında qalması yeraltı və yerüstü sərvətlərimizdən istifadə etməyə mane olurdu. Ölkəmizə, xalqımıza məxsus olan sərvətlər xaricə daşınırdı. Uzun illər bu hal dünyanın böyük dövlətlərinin gözü qarşısında davam edirdi. Lakin xalqımız daha bu ədalətsizliklə barışmadı. Ali Baş Komandanın əmri ilə Azərbaycan ordusunun əsgərləri və zabitləri torpaqlarımızı qısa müddət ərzində azad etdilər. 44 günlük Vətən müharibəsi nəticəsində ordumuz və xalqımız düşmən üzərində Zəfər çaldı. Bu qələbə Azərbaycan xalqının gələcək həyatında yeni bir mərhələnin əsasını qoydu. Azərbaycan bütün dünyaya sübut etdi ki, o, bu regionda güc və söz sahibidir. Ölkəmizin marağına zidd olan hallara qarşı istənilən tədbirləri görməyə qadirdir. Azərbaycan bu qələbə ilə həm də bölgədə sülhə, sabitliyə, iqtisadi inkişafa zəmin yaratdı. İndi yeni layihələr üzərində iş gedir. Azərbaycanın xarici bazarlara çıxışına yol açan iqtisadi dəhlizin açılışı üçün proqramlar işlənir. Burada Cənubi Qafqaz ölkələrinin birgə əməkdaşlığı bu bölgədə yaşayan xalqların hamısına böyük fayda gətirəcək. Azərbaycan bölgənin sürətli inkişafında lider dövlətə çevrildi. İndi xalqımız işğaldan azad olunmuş ərazilərini bərpa etməklə yanaşı, qonşu dövlətlərlə yeni iqtisadi-siyasi və mədəni əlaqələrin yaranmasına çalışır. İndi heç kəsə sirr deyil ki, bölgənin inkişafının yeganə yolu dinc yanaşı yaşamaq, sülh şəraitində qarşılıqlı etimada əsaslanan birgə çalışmaqdadır. "Şimal-Qərb" RETSİ-Də Görülən Işlər "Şimal-Qərb" Regional Enerji Təchizat və Satış İdarəsinin struktur tərkibindəki Qəbələ, İsmayıllı, Oğuz, Şəki, Balakən, Zaqatala, Qax və Şamaxı Elektrik Şəbəkələrinin xidməti ərazilərində olan istehlakçıların, xüsusilə də əhalinin və dövlət əhəmiyyətli obyektlərin, turizm, sənaye və sosial təyinatlı infrastrukturların enerji təchizatının keyfiyyətinin yüksəldilməsi, abonentlərin dayanıqlı enerji təchizatının təmin olunması məqsədilə genişmiqyaslı işlər davam edir. Son bir il ərzində Şimal-Qərb RETSİ-nin xidməti ərazisində 16 ədəd yarımstansiya yenidən qurulub, iki ədəd yeni yarımstansiya tikilərək istismara verilib. İki ədəd yeni yarımstansiyanın isə istimara verilməsi istiqamətində son tamamlanma işləri aparılır. Hava elektrik verliş xətləri, transformator məntəqələri yenilənir. Xüsusilə kəndlərdə elektrik enerji təchizatı şəbəkəsi tamamilə yenidən qurulur. Naqillər, dayaqlar və KTM-lər yenilənir. Son bir il ərzində 4 yaşayış massivinin 0.4 kV-luq şəbəkəsi izoliyasiyalı naqillə tam şəkildə yenidən qurulub. 18 yaşayış massivində isə 10/6/0.4 kV-luq şəbəkədə yenidənqurma işlər aparılıb. Açıq tipli naqillərin izolyasiyalı kabellərlə əvəz olunması və sayğacların həyətyanı sahələrdən çlıxarılaraq küçə divarlarına quraşdırılması sayəsində itkilərin azaldılmasına nail olunur. Qeyd edək ki, Şimal-Qərb RETSİ-si üzrə 202 min 261 əhali, 19 min 531 qeyri-əhali olmaqla, ümumilikdə 221 min 792 abonent elektrik enerjisi ilə təchiz edilir. Suqovuşan qəsəbəsinə mediatur təşkil edilib "Azərişıq" ASC Tərtər rayonunun işğaldan azad olunmuş Suqovuşan qəsəbəsinə mediatur təşkil edib. “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev bildrib ki, təmsil etdiyi qurum işğaldan azad olunmuş əraziləri elektrik enerjisi ilə təchiz etmək üçün kompleks tədbirləri davam etdirir: "Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq səhmdar ASC “Azərişıq Qarabağda” layihəsi çərçivəsində Suqovuşan ərazisində işləri yekunlaşdırıb. İşğaldan azad olunmuş Suqovuşan qəsəbəsinə 110/35/6 kv-luq Tərtər yarımstansiyasından 35 kV-luq yeni elektrik veriliş xətti çəkilib. Ağıllı Şəbəkə Konsepsiyası işğaldan azad olunan digər ərazilərdə olduğu kimi Suqovuşan ərazisində də tətbiq edilir. 35 kV-luq xətt izolyasiyalı kabellə çəkilib. “Azərişıq” ASC-nin əsas missiyası ölkəmizi fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təmin etmək və abonentlərə yüksək səviyyəli xidmət göstərməkdir. Bu prinsipləri əldə rəhbər tutaraq, “Azərişıq” ASC genişmiqyaslı yenidənqurma və təmir işlərini bu gün də həyata keçirir. İstismar müddəti bitmiş və sıradan çıxmış avadanlıqlar texniki baxımdan daha müasir, güclü və keyfiyyətliləri ilə əvəz olunur. Əlavə olaraq yeni yarımstansiyalar tikilir, Komplekt Transformator Məntəqələri quraşdırılır, yeni kabel xətləri çəkilməklə yanaşı, sıradan çıxmış kabel xətləri yeniləri ilə əvəz edilir. İnkişaf etməkdə olan Azərbaycanın qabaqcıl ölkələr sırasında olması və əhalinin rifah halının yaxşılaşdırılması əsas məqsədimizdir!. İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. "Azərişıq" ASC-nin sədr müavini Vüqar Əhmədovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, "Azərişıq" ASC-nin sədr müavini Vüqar Əhmədovdur. Vüqar Əhmədov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır! "Azərişıq" ASC-nin sədr müavini Vüqar Əhmədov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən Vüqar Əhmədov bu işin müqəddəsliyini qoruyub saxlayır. Vüqar Əhmədov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır. Vüqar Əhmədov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir! Vüqar Əhmədov ani və düzgün qərar qəbul edən nadir insanlardandı! Sorğu apardıq ağız dolusu Vüqar Əhmədovdan danışdılar yaxşı ki, Vüqar Əhmədov "Azərişıq" ASC-nin sədr müavini təyin olunub… Vüqar Əhmədov öz isguzarlığı ilə tanınır və seçilir…. Prezident İlham Əliyevdən nümunə götürən Vüqar Əhmədovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi! Vüqar Əhmədov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır! Vüqar Əhmədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun "Azərişıq" ASC kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır! Ona etibar edilən bütün işlərdə Vüqar Əhmədov özünü doğruldub. Bizdə hörmətli "Azərişıq" ASC-nin sədr müavini Vüqar Əhmədovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik. Вернуться назад |