Главная > Gündəm / Cəmiyyət > Kütləvi tədbirlərin keçirilməsi ilə bağlı restoranlara XƏBƏRDARLIQ

Kütləvi tədbirlərin keçirilməsi ilə bağlı restoranlara XƏBƏRDARLIQ


8-06-2021, 12:19. Разместил: admin
Kütləvi tədbirlərin keçirilməsi ilə bağlı restoranlara XƏBƏRDARLIQ


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
AQTA-dan verilən məlumata görə, son günlər sosial şəbəkələrdə və müxtəlif media orqanlarında ictimai iaşə müəssisələrinin qapalı və açıq məkanlarında kütləvi tədbirlərin keçirilməsi ilə bağlı elanlar verilməkdədir və paralel olaraq Agentlik müfəttişləri tərəfindən bu cür qanunsuz tədbirlərin keçirilməsi faktları aşkarlanır.

Agentlik bir daha bəyan edir ki, pandemiya dövrünün tələblərini pozaraq, koronavirusun yayılmasına rəvac verən, eyni zamanda vətəndaşların sağlamlığını təhlükəyə atmaqla keçirilən bu cür qanunazidd tədbirlərin təşkili yolverilməzdir və bununla bağlı qanunvericiliyə uyğun ən sərt tədbirlər görüləcəkdir.


Вернуться назад