Главная > Gündəm / Bölgə > Tehran Muradov: Prezidentdən diplomatiya dərsi

Tehran Muradov: Prezidentdən diplomatiya dərsi


31-05-2021, 10:59. Разместил: admin

17 saylı Yol İstismarı İdarəsinin müdiri Tehran MuradovÖlkə başçımızın nitqi, müzakirələrdə iştirakı dünya mediasında, siyasi dairələrdə də olduqca böyük maraq doğurur. Belə ki, hər zaman olduğu kimi cənab Prezident heç bir sualdan yayınmayaraq onlara təmkinlə, məntiqlə, detallı və sistemli şəkildə cavab verir. Bu isə regionda gedən proseslər haqqında beynəlxalq ictimaiyyəti məlumatlandırmaq baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.

Ölkə başçımızın regionda və dünyada baş verən hadisələrlə bağlı bu qədər dərindən məlumatlı olması, ən mürəkkəb suallara açıq olması onun elmi-politoloji biliyindən xəbər verir. Bu baxımdan da əminliklə deyə bilirik ki, beynəlxalq ictimaiyyət region haqqında Prezident İlham Əliyev kimi dərin elmi-politoloji biliyə sahib bir siyasətçi vasitəsilə məlumatlanır. Bir məsələni də xüsusilə vurğulamaq lazımdır ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin heyəti istər öz ölkələrində, istərsə də dünyada ümumi siyasi fikirin, ictimai rəyin formalaşmasında önəmli rol oynayır. Bu baxımdan da mövcud platformanın nə qədər əhəmiyyətli olduğu bir daha aydın olar. Ümumilikdə, bütün bu dövr ərzində cənab Prezident İlham Əliyevin informasiya savaşını mükəmməl şəkildə yürütməsi Ermənistan və erməni lobbisinin, Azərbaycanı istəməyən xarici qüvvələrin tərksilah edilməsində olduqca əhəmiyyətli rol oynadı.

Ermənistan regionda olan enerji və daşımaların inkişafı təşəbbüslərindən, fəal əməkdaşlıqdan və inteqrasiyadan məhrum oldu. İndi isə yeni reallıq formalaşıb, Ermənistan bu reallıqlara uyğun davransa o zaman ağır vəziyyətdən çıxa bilər. Eyni zamanda, Cənab Prezident bir daha gələcəklə bağlı dəqiq mesajlar verdi və bildirdi ki, 30 illik işğala, azad olunmuş ərazilərdə kütləvi dağıntılara baxmayaraq Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Bütün bunlar isə kommunikasiyaların və yeni daşımalar dəhlizlərinin açılmasına bağlıdır. Bunun üçün də 10 noyabr 2020 tarixli hüquqi baza da mövcuddur. Azərbaycan tərəfi layihələrin həyata keçirilməsi ilə bağlı işlərə da artıq start verib və bu istiqamətdə texniki və maliyyə imkanları da səfərbər edilib. Belə ki, Zəngəzur dəhlizinin açılması sadəcə Ermənistan və Azərbaycan üçün deyil, bütövlükdə bütün region ölkələri üçün yeni imkanlar yaradacaq.
 
Вернуться назад