Главная > Gündəm / Cəmiyyət > Atəş Rüstəmov: Qazi və şəhid ailələrinə yardımların göstərilməsi dövlətimizin sosial siyasətinin prioritet istiqaməti olaraq qalmaqda davam edəcək
Atəş Rüstəmov: Qazi və şəhid ailələrinə yardımların göstərilməsi dövlətimizin sosial siyasətinin prioritet istiqaməti olaraq qalmaqda davam edəcək15-04-2021, 15:01. Разместил: admin |
“Sumqayıt şəhər Təmizlik Departamenti” MMC-nin direktoru Atəş Rüstəmov - YAŞAT Fondu dövlət və cəmiyyət birliyinin təcəssümüdür. Cənab Prezidentin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılan YAŞAT Fondu cəmiyyətin təşəbbüsünü nəzərə almaqla humanizm ideyaları əsasında yaradıldı. Şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının sosial müdafiəsini və həyat şəraitinin yaxşılaşdırılmasının təmin edilməsi vəzifəsini daşıyan bu fond Vətən yolunda canını təhlükəyə atan oğullarımıza və onların ailə üzvlərinə yaxından dəstək vermiş olur.Bu fonda yardım etmək hər birimizin vətəndaşlıq və şərəf borcudur.Məktəbimizin müəllim heyəti də həm müharibə dövründə ,həm də qələbədən sonrakı dövrdə bu borcu dərk edərək öz vəzifəsini az da olsa, yerinə yetirmiş oldu. Müharibə dövründə xalqımız necə ki, bir yumruq kimi birləşib düşmənə sarsıdıcı zərbələr vururdusa, müharibədən sonra da cəmiyyət olaraq həmrəylik nümayiş etdirməyimiz ən üstün cəhətimiz kimi göz önündədir.. Müharibədə şəhid olmuş hər bir əsgər və zabitin ailəsi bizim öz ailəmiz olmalı, şəhid ata-anası, şəhid övladı ən şəfqətli və mərhəmətli hisslərlə qayğıya alınmalıdır. Dövlətimiz hər bir şəhid ailəsinə, hər bir qaziyə, hər bir veterana bütün sahələrdə hərtərəfli qayğı və dəstəyi göstərir. Bu qayğının nəticəsində çoxlu sayda qazilərimiz İsrailə, Türkiyəyə və digər ölkələrə müalicələrini davam etdirmək üçün göndərilir. Azərbaycan Respublikasında hərbi qulluqçuların və şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin əsas tərkib hissəsi olub. Bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılıb, onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Şəhid ailələrinə ödənilən birdəfəlik müavinətlər və digər sosial ödənişlər birbaşa dövlətin şəhid olmuş vətəndaşına göstərdiyi qayğının bariz nümunəsidir. Müharibədən qayıtmış hər bir veteran və əlil vətəndaşlarımız həm cəmiyyət, həm də dövlət tərəfindən bütün sosial və tibbi qayğıyla əhatə olunmuşdur. İstər müharibə dövründə olsun, istərsə də müharibədən sonrakı dövrdə vətənpərvər gənclər könüllü qruplar yaradaraq həm psixoloji həm sosial yardımlar etməklə cəmiyyətimizə və dövlətimizə mənəvi dəstəklər nümayiş etdirmişdilər. Bu çox mühüm bir amildir ki, indi hər bir vətəndaşımız imkanı daxilində YAŞAT fonduna vəsatlər köçürür. Bu fondun vəsaiti yardıma ehtiyacı olan ailələrin maddi, sosial. psixoloji və səhiyyə xidmətlərinə xərclənir. Qazi və şəhid ailələri sosial sığortadan maksimum dərəcədə faydalana biləcəklər. 4 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə Qarabağ Dirçəliş Fondu yaradılmışdır. İşğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsi, abadlaşması və çiçəklənməsi naminə bu fonda da çox sayda vəsaitlər köçürülür. Öz el- obasını sevən, vətənini göz bəbəyi kimi qoruyan vətəndaş onun hər bir qarıışı üçün əlindən gələn dəstəyi əsirgəməməlidir. Vətən üçün öz canını qurban verərək şəhidlik zirvəsinə ucalan hər bir vətən oğlunun banklara olan kredit borcları silinir.. İşğaldan azad edilmiş torpaqlarımızda qurub yaratmaq oranı cənnət məkana çevirmək hər bir azərbaycanlının vicdan borcudur. Uzun illər düşmən tapdağında qalmış yurdumuz yenidən əvvəlki şöhrətinə qayıtmalı və düşmənə göz dağı verməlidir. Hərtərəfli turizm və infrastruktur potensialına malik olan Qarabağda çoxlu sayda layihələr həyata keçiriləcəkdir. Bu da bölgədə sosial həyatı daha da gözəl edəcək və rifah halını yaxşılaşdıracaqdır. Sosial siyasət sahəsində dövlətimiz prinsipal fəaliyyəti bütün sferalarda özünü bariz şəkildə göstərir. 7 yanvar 2021-ci ildə Prezidentin Fərmanı ilə yerli icra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yaradılmışdır. Bu birbaşa imtiyazlı və həssas sosial təbəqənin problemlərinin həllinə yönəldilmiş əsaslı ideya idi. Hərbçilərin, qazilərin və veteranların xəsarəti ilə bağlı xüsusi ekspertizalar yaradılmış, bununla bağlı hər bir problem vaxtında və dəqiq həllini tapır. Həm dövlət, həm də ictimaiyyət birlikdə bu problemlərin həll olunması istiqamətində bütün imkanlarını səfərbər edərək gələcəyə böyük ümidlə və xoş əhval-ruhiyyə ilə addımlayacaqdır. Yaşadaq ki, yaşayaq! Вернуться назад |