Главная > Gündəm / Cəmiyyət > Kür çayı hövzəsinə də qənim kəsilənlər var – Video
Kür çayı hövzəsinə də qənim kəsilənlər var – Video14-04-2021, 10:40. Разместил: admin |
Bərdə rayonunda Kür çayı hövzəsində ağacların kəsilməsi və qanunsuz əkin sahəsi yaradılması faktı aşkar edilmişdir. Ictimai Nəzarət Koalisiyasının sədri (o, həmçinin DAMM-nin I vitse prezidenti, SIMIB rəhbəridir) Rasim Məmmədov həmin ərazidə olmuş, ictimaiyyət nümayəndələrinə və müvafiq orqanlara müraciətlə çıxış etmişdir. “Dövlətin milyonlarla vəsaitini bu əkindən gələcək 5-10 min manata qurban vermək olarmı? Ölkə başçımızın Kür çayının suyundan düzgün istifadə edilməsi ilə bağlı göstərişlərinə əməl edilmir. Bəzi işbazlar dövlət nəzarətindən kənar bu cür ərazidə qanunsuz körpü çəkdirir və əkin sahəsi yaradır”. Bu sözləri söyləyən Rasim Məmmədov eyni zamanda ölkə prezidentinin Kür daşqını zamanı 3000 ailəyə ev tikilməsinin, həmçinin burada yaşayanların üzləşdiyi problemlərin fərqinə varmadan öz ciblərini güdən işbazları kəskin tənqid etmişdir, aidiyyatı qurumları bu məsələyə ciddi reaksiya verməyə çağırmışdır. Kürün öz hövzəsindən daşmaması üçün tikilən bəndlərin zəbt olunması yolverilməzdir. “ictimainezaret.info” Вернуться назад |