Главная > Gündəm / Bölgə > Şakir Əhmədov Göyçayda təsərrüfatlara qənim kəsilib - Cənab Prezidentin nəzərinə

Şakir Əhmədov Göyçayda təsərrüfatlara qənim kəsilib - Cənab Prezidentin nəzərinə


9-04-2021, 12:41. Разместил: admin

"Adam var haqqında danışılanda bilirsən ki, yaxşı ad çəkirlər, adam var adını çəkəndə dad çəkirlər". Reallıqdır ki, əyalətlərdə bəzi məmurlar "at oynadıb dövran sürür", sadə vətəndaşların hüquqlarını ayaqlayır, Dünya iqdisadi böhran yaşadığı bir vaxtda Dövlətimizin sosial-iqdisadi problemlərin həlli istiqamətində ayırdığı vəsaitləri müxtəlif yollarla silərək halal malı bilib "həzmi-rabe"dən keçirir və "tam xoşbəxt olmaq üçün" özlərinə çoxlu sayda villa və gəlir gətirən obyektlər ucaldırlar.

İllərdir Şakir Əhmədov Göyçay rayon Suvarma Sistemləri İdarəsinə rəhbərlik edir. Bu müddət ərzində xüsusi iş prinsipləri ilə seçilən Ş. Əhmədovun qanunsuz əməlləri barəsində Respublikanın müxtəlif instansiyalarına xeyli sayda şikayətlər ünvanlansa da bu şikayətlərin cavabsız qalması rayonda vəziyyəti xeyli gərginləşdirib. 

Etibarlı mənbələrdən daxil olan məlumata görə adıçəkilən idarədə əsl özbaşınalıqdır və Ş.Əhmədov hətta bu özbaşınalığın əlindən tutub rayon təsərrüfatlarını gəzdirir. Göyçay rayon Suvarma Sistemləri İdarəsinin rəhbəri Ş. Əhmədovun qanunsuz əməlləri təkcə bunlarla bitmir. Saytımıza daxil olan məlumat geniş və çoxşaxəli olduğundan növbəti yazımızda sözügedən idarədə işləyən "ölü canlar", Ş. Əhmədovun daha bir gəlir mənbəyi olan işçilərin maaş kartları, Dövlət vəsaitlərini mənimsəməklə əldə etdiyi təsərrüfatlar, evlər, villa və obyektləri və başqa digər hallar barədə ətraflı məlumat verəcəyik.


Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Вернуться назад