Главная > Gündəm / Cəmiyyət > QÜSURLU UŞAQLARIMIZ HAQSIZLIĞA UĞRAMIŞ
QÜSURLU UŞAQLARIMIZ HAQSIZLIĞA UĞRAMIŞ8-03-2021, 11:07. Разместил: admin |
GÖYÇAY RAYONUNUN ÇERNOBİL ƏLİLLƏRİNİN HÜQUQLARININ POZULMASI NƏTİCƏSİNDƏ İSTİNAD EDİLMİŞ VƏ PREZİDENT İLHAM ƏLİYEVİN SİYASƏTİNƏ DƏSTƏK OLARAQ ÇERNOBIL FACİƏSİNIN TÖRƏTDİYİ FƏSADLARIN ARADAN QALDIRILMASI İŞLƏRİNDƏ KÖNÜLLÜ OLARAQ İŞTİRAK ETMİŞ ÇERNOBIL ƏLİLLƏRİNİN, GÜNAHSIZ ÖVLADLARININ FƏRYADINA SƏSSİZ QALMAMASI HƏR BİRİMİZİN BORCUDUR, VƏZİFƏ SƏLAHİYYƏTLƏRİNİ İCRA ETMƏK, RƏHBƏRLİYİN TAPŞIRIĞINI İCRA ETMƏK KONSTİTUSİYA QANUNLARINA TABE OLMAQ DEMƏKDİR. ÇERNOBİL HADİSƏSİNDƏ İŞTİRAK EDƏN QƏHRAMAN AZƏRBAYCAN OĞULLARINI VƏTƏN HEÇ VAXT UNUTMAYACAQ. ONLAR ÖZ SAĞLAM HƏYATLARINI FƏDA EDİBLƏR! Azərbaycan Müstəqilliyimizin Qarantı Ümummilli Liderimiz Ulu Öndər Heydər Əliyev Cənabları 1993-cü ildə Sovetlər Birliyi Dövründə təkrarən Hakimiyyətə gələndən sonra, ilk öncə Çernobil əlillərin statusunda yeniliklər etmişdir. Həqiqi Hərbi xidmətdə olan gənclərimiz adı çəkilən qəzanın aradan qaldırılmasında iştirak edib onlarin istatusu, vətən müharibəsində iştirak etmiş Çernobil Əlillərin statusunda dəyişikliklər etmişdi. Çernobil faciəsindən sonra, doğulmuş uşaqlarımıza ömürlük olaraq pensiya kəsilsin qərarını vermiş və onların güzəştləri Vətən müharibəsi əlilləri eyni statusları ilə eyni bərabərləşdirilsin. Buda, Ölkəmizin Prezidenti İlham Əliyev Çernobil əlillərinə olan qayğısının davamçısı olaraq, bariz nümunəsidir. Möhtərəm Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına Göyçay rayonunun Çernobil Əlillərinin adından müraciət edirəm. Hörmətli cənab Prezidentimiz İlham Əliyev Göyçay rayonunun Çernobil Əlillərinin adından qüsurlu uşaqlarımız adından müraciət edirik. Çernobıl faciəsində iştirak edib əlilliyi olan şəxslərin xəstə uşaqlarının pensiyalarını Əmək və Əhalinin Sosial müdafiəsinin Naziri Sahil Babayev tərəfindən kəsilməsini müşahidə etdik. Səbəb nədir? Çernobil faciəsinin törətdiyi fəsadlar, 20 ci Əsrin ən böyük faciəsi olaraq sağalmaz bir xəstəlik olaraq davamlı təqdirdə müəyyən edilmiş qaydada təsdiqini tapmış və bu sağalmaz xəstəliyə düçar olan Çernobil əlillərini incitməyin heç bir əsaslı olmadığını bildirib bu kimi Şəxslərin problemlərini birlikdə aradan qaldırmasına vəsilə olmasını təmin etməliyik. Çernobil Əlillərinin xəstəlikdən əziyyət çəkən övladlarının orqan itkisi yoxdur. Onlarda olan daxili xəstəlik, qanda olan xəstəliklərlə əlaqəli bir xəstəliklərdir. Əmək və Əhalinin Sosial Müdafiə Naziri Sahil Babayev Çernobıl Əlillərin Çernobıl faciəsində iştirak edib və Çernobil faciəsindən sonra dünyaya gəlmiş övladları Sosial pensiya ilə təmin etmişdir. Həmin pensiya təminatı sistemində aparılan müayinədən 5 ildən bir təkrar əlilik dərəcəsini müəyyən edilmiş qaydada yoxlanılması üçün yaşadığı ərazidən Göyçay rayonunun mərkəzi xəstəxanasına təkrar müayinədən keçirib 2 ci dəfə pensiya təminatı verilirdi. İndi, Sahil Babayev dayandırılması barədə qərar verib, xəstəlikdən əziyyət çəkən günahsız övladımıza verilmis ekprizləri qəbul etmirlər. Cənab Prezident Sizə müraciət edirik Çernobil Əlilləri adından ki, Çernobıl faciəsindən sonra, dünyaya gəlmiş övladlarımız aldığı mürəkkəb şualanma nəticəsində müxtəlif xəstəliklərdən əziyyət çəkirlər. Bizim uşaqlarımız "Tokski enpologiya" qanda mənşəli bilinməyən, məlum olmayan xəstəlikdir. Yəni bu Çernobıl faciəsi şualanma nəticəsində elə bir xəstəlikdir ki, onun heç bir təbibi yoxdur. Sağalmaz yaradır. 20 əsrin əvvəllərində Amerika, Yaponiya atdığı nüvə silahı ilə bombalanmasından 70 il bundan öncə Çernobıl faciəsi bundan iki qat ağır olduğuna hətta, Yaponiyada doğulmuş uşaqlarda şikəst doğulurdu. Çernobıl faciəsindən sonra dünyaya gəlmiş olan uşaqlarımız hamısı fiziki qüsurlu xəstə, şikəst doğulur. Bu önəmdə onların haqqına girmək, onların pensiyasını kəsmək nə dərəcədə düzgündür. indi, pensiyanı təsdiq edirlər, yoxsa hansısa orqanı? Biz şualanma nəticəsində pensiya alırıq. Bizdə orqan itkinliyi yoxdur. Müxtəlif bəhanələr gətirilir. Çernobıl əlillərinin fəryadına, xəstəlikdən əziyyət çəkən günahsız övladımızın səsinə səs verməyinizi xahiş edirik. Hörmətli Cənab Prezident İlham Əliyev Göyçay rayonunun Çernobil Əlillərin əlil övladlarının Sosial pensiyaların kəsildiyi üçün Sizdən artıq dərəcədə xahiş edirəm ki, yenidən bərpa edilməsi üçün rəsmi qaydada göstəriş verməyinizi xitam verilməsi barədə qərar qəbul etməyinizi xahiş edirəm. Biz əminik ki, dövlətimizin başçısı hər zaman xalqının yanında olaraq ümidlərimizi dogrultmusdur. Biz Sizə inanırıq və güvənirik. Əvvəlcədən təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Вернуться назад |