Главная > Gündəm / Bölgə > Şuşa Rayon İcra Hakimiyyəti Başçısı Bayram Səfərov inzibati ərazi dairələri üzrə nümayəndələr və idarə,müəssisə rəhbərləri ilə birlikdə Xocalı soyqırımının 29 illiyi ilə əlaqədar 25 fevral 2021 –ci il tarixdə onlayn konfrans keçirmişdir

Şuşa Rayon İcra Hakimiyyəti Başçısı Bayram Səfərov inzibati ərazi dairələri üzrə nümayəndələr və idarə,müəssisə rəhbərləri ilə birlikdə Xocalı soyqırımının 29 illiyi ilə əlaqədar 25 fevral 2021 –ci il tarixdə onlayn konfrans keçirmişdir


26-02-2021, 15:20. Разместил: admin

Şuşa Rayon İcra Hakimiyyəti Başçısı Bayram Səfərov inzibati ərazi dairələri üzrə nümayəndələr və idarə,müəssisə  rəhbərləri ilə birlikdə Xocalı soyqırımının 29 illiyi ilə əlaqədar 25 fevral 2021 –ci il tarixdə  onlayn konfrans keçirmişdir.Rayon İcra Hakimiyyəti Başçısı Bayram Səfərov çıxışında bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri və Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayı silahsız və köməksiz Xocalı şəhərinə hücum etdilər. Erməni silahlı dəstələrinin azərbaycanlı əhaliyə qarşı törətdiyi bu vəhşilik-Xocalı faciəsi bəşər tarixinin ən qanlı soyqırımlarından biridir. İnsanlığa, bəşəriyyətə qarşı ən ağır cinayət olan Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli faciələrdən biri kimi daxil olmuşdur.
Erməni qatillərinin törətdikləri kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq,70 qoca xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirildi. 1275 nəfər dinc sakin əsir götürüldü.
Bu qanlı faciə nəticəsində 485 nəfər Xocalı sakini yaralandı, 150 nəfəri itkin düşdü, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Erməni təcavüzkarları bir gecədə bir şəhəri yer üzündən sildilər.
Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Erməni qoşunlarının Xocalıya hücumu müharibə deyildi. Bu bütövlükdə bəşəriyyətə, insanlığa qarşı yönəlmiş ən böyük cinayət hadisəsi idi. Çünki, öldürülənlər əsgər, zabit, hərbiçilər deyil, dinc əhali idi.
Ermənistanın  Azərbaycana təcavüzü, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlar səviyyəsində xeyli işlər görülmüşdür. Bu il də Xocalı faciəsi ilə əlaqədar dünyanın bir çox ölkələrində müxtəlif tədbirlər, dəyirmi masalar, etiraz aksiyaları və digər tədbirlər həyata keçirilir və belə tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə “Xocalıya Ədalət” kampaniyası irəli sürülmüşdür. Beynəlxalq informasiya və təbliğat kampaniyası 2009-cu ildən başlayaraq, bir çox ölkələrdə tədbirlər və aksiyalar keçirmiş, Xocalı soyqırımı haqqında həqiqi məlumatların dünyaya yayılmasına nail olmuşdur.
Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi zəfərlə başa çatmışdır. Qələbə igid qəhrəmanların canı, qanı bahasınaəldə edilmişdir. Bu gün torpaqlar işğaldan azaddır və hal-hazırda infrastruktur, bərpa - quruluculuq işləri həyata keçirilir. Prezidentin sərəncamı ilə bu işlərlə əlaqədar Prezidentin Xüsusi Nümayəndəliyi, “ Dirçəliş Fondu “ yaradılmışdır. İnanırıq ki, bütün məcburi köçkünlər ata-baba yurduna qayıdacaq. Bu gün xalqımız Ali Baş Komandan İlham Əliyevin yürütdüyü əzmkar siyasəti bir mənalı şəkildə dəstəkləyir və azad Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına öz minnətdarlığını hər an bildirir. Ordumuzun misilsiz rəşadəti, qardaş Türkiyənin, dəstək olan bütün ölkələrin səyi nəticəsində azad Qarabağımız çox yaxın  illərdə öz həyatına dönəcək. Artıq o gün gəlib ki, möhtəşəm Qələbə bayramımızı Xocalıda, Şuşada, bütöv azad olunmuş şəhərlərimizdə qeyd edəcəyik.




Вернуться назад