Главная > Gündəm / Bölgə > Asif Ağayev: Prezident İlham Əliyevin diqqəti daim şəhid ailələrinin, müharibə veteranlarının və onların ailələrinin üzərində olub

Asif Ağayev: Prezident İlham Əliyevin diqqəti daim şəhid ailələrinin, müharibə veteranlarının və onların ailələrinin üzərində olub


1-02-2021, 12:51. Разместил: admin


Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev - Ölkəmizdə əlillərə və şəhid ailələrinə yüksək dövlət qayğısı daim göstərilir. Azərbaycan Respublikasının  müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır və bu  problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirirlər.
      Prezident İlham Əliyevin diqqəti daim şəhid ailələrinin, müharibə veteranlarının və onların ailələrinin üzərində olub. Hər şeydən öncə məhz xalqımızın qürur yeri olan bu ailələrin problemlərinin həlli əsas sosial prioritet kimi müəyyənləşdirilib. Böyük Vətən müharibəsində qazandığımız tarixi qələbədən sonra Vətən müharibəsi qəhrəmanılarına  ən yüksək təqaüd müəyyən edilib, şəhid ailələrinə və müharibə əlillərinə, Milli qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrə nisbətən xeyli  artırılıb.
      Şəhid ailələrinin  uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. Onların bir sıra üstünlükləri var: işə düzəlmələrində güzəştlər olunur, şəhid ailələrinin övladlarının ali məktəbdə oxuması üçün dövlət təminatı var, güzəştli şərtlərlə mənzil tikmək üçün torpaq verilir, onlara güzəştli ipoteka kreditləri verilir. Bütövlükdə Azərbaycanda şəhid ailələrinə həm maddi, həm də mənəvi diqqət göstərilir. Bütün bunlar dövlət başçısının şəhid ailələrinə olan diqqət və qayğısının ardıcıl və davamlı ifadəsidir.
         Prezident İlham Əliyev cənablarının  tapşırığına əsasən, aidiyyəti qurumlar tərəfindən İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinə və müharibə əlillərinə qayğı və diqqət nəinki dövlət qurumlarının, həm də cəmiyyətin böyük bir hissəsinin diqqət və qayğısını çəkən təxirəsalınmaz mühüm bir vətəndaşlıq borcuna və vəzifəsinə çevrilib. Bu isə cəmiyyətdə birliyin və qarşılıqlı etimadın yeni təzahür forması kimi bütün təbəqədən olan insanlar tərəfindən xoş ovqatla qarşılanır, onların dövlətimizə və Qalib Prezidentimizə inam hisslərini və məhəbbətini günü-gündən durmadan artırır.
          Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fondunun yaradılması, Fond tərəfindən qısa müddətdə ciddi işlərin görülməsinə başlanılması nəticəsində  davamlı olaraq  müharibə əlilləri və şəhid ailələrinin, o cümlədəm müharibə veteranlarının  sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən intensiv tədbirlər artıq öz təsirli nəticələrini verməkdədir. Şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsi tədbirləri nəzərə çarpacaq dərəcədə  gücləndirilmış, o cümlədən onlara yönələn sosial ödənişlər dəfələrlə artırılmışdır. Eyni zamanda, şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə, müharibə əlillərinin avtomobillə təminatı tədbirləri yüksək səviyyədə davam etdirilir.
    “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitininin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin dünən imzaladığı Sərəncamı da bu istiqamətdə həyata keçirilən tədbirlərin daim davamlı olduğunun yeni bariz nümunəsidir.
       Bu sərəncama əsasən 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi, o cümlədən hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi  ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinə mənzil ehtiyaclarını qısa zaman kəsiyində ödəməyə imkan yaradacaqdır.
         Bu sərəncam həmçinin  əlil olmuş vətəndaşların və şəhid ailələrinin sosial müdafiəsinində həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindəndən biri kimi onlara böyük sevinc bəxş edəcək, bununla da şəhid ailələrinin sosial müdafiəsi daha da yaxşılaşacaqdır. Bu sahədə həyata keçirlən tədbirlər hər zaman olduğu kimi ictimaiyyət tərəfindən yüksək qiymətləndiriləcək, böyük rəğbət və məmnunluqla qarşılanacaqdır
      Tam qətiyyətlə inaniram ki, Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə mövcud problemlərin aradan qaldırılması üçün mütəmadi olaraq dövlətimizin rəhbərliyi tərəfindən xüsusi diqqət və qayğı göstərilməsi bundan sonra da davam etdiriləcək. Məhz bu əhəmiyyətli və vacib qayğı nəticəsində minlərlə əlillərimiz müəyyən müddətdən sonra öz sağlamlıqlarını bərpa edəcək, onlardan böyük bir qismi aldıqları yaralarının ağrısını azacıq da olsa yüngüllüşdirəcək və gündəlik həyatda fəal iştirak edəcəklər.
      Bu isə gənc nəslin vətənpərvərlik hisslərini və duyğularını daha da gücləndirəcək. Hər bir gənc istənilən anda doğma Vətənin müdafiəsini özünün müqəddəs vəzıfəsi hesab edərək bu yolda həyatlarını fəda etməyi özlərinin əbədi müqəddəs vəzifəsi və oğulluq borcu  biləcəklər.  

Вернуться назад