Главная > Gündəm / Cəmiyyət > ƏNGƏLLƏRİ BİRGƏAŞAQ - SORĞU ÇAĞIRIŞIMIZ!
ƏNGƏLLƏRİ BİRGƏAŞAQ - SORĞU ÇAĞIRIŞIMIZ!1-02-2021, 11:14. Разместил: admin |
QARABAĞ TƏKCƏ QARABAĞLILARIN DEYİL, MİN İLLƏR BOYU BU TORPAQLAR UĞRUNDA VURUŞUB, QAN TÖKƏN ATA, BABALARIMIZIN MÜLKİDİR! ŞƏHİDLƏRİMİZ İSƏ BAŞ TACIMIZDIR. VƏTƏNİMİZİ, TORPAĞIMIZI ZƏNGİN EDƏN ŞƏHİDLƏRİMİZIN AXAN QANIDIR. TORPAĞIMIZA QARIŞAN QANIDIR. ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ! QARABAĞ AZƏRBAYCANDIR! "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 25.01.2021 [14:17]Sərəncamlar. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə qərara alıram: 1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) (2021-2025)-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. 2. Yerli icra hakimiyyəti orqanları: 2.1. bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsinlər; 2.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən məqsədlər üçün torpaq sahələrinin ayrılmasını təmin etsinlər və hər il görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər. 3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən tədbirlər planının həyata keçirilməsi üçün tələb olunan vəsaitin 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) bölgüsünün layihəsində, (2022-2025)-ci illərdə isə hər il dövlət büdcəsinin tərtibi prosesində dövlət əsaslı vəsait qoyuluşunda (investisiya xərclərində) nəzərdə tutulmasını təmin etsin. 4. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 4.1. bu Sərəncamın icrası ilə bağlı görülmüş işlər barədə hər növbəti ilin birinci ayında Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 4.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin". Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənabları Konstitusiyamızda təməli olaraq ərazi bütövlüyünün müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial müdafiəsinin səmərəliliyini artırmaq üçün müvafiq strukturlara göstəriş verilməsi haqqında müraciəti qəbul etməyinizi xahiş edirik. Əsas mövqeyimiz bundan ibarətdir ki, əngəl törədən maneələr aradan qaldırılması üçün müvafiq strukturlara göstəriş verilib əlilliyi olan şəxslərin qayğısına qalmaq, onların arzu və istəklərini yerinə yetirilməsi barədə mütləqdir ki hər birimiz bacardığımız qədər köməyimizi əsirğəməyək. Bütün medianın rolu, köməyi olmalıdır. Hər birimizin borcudur ki, "Əngəlləri Birgə Aşaq! SORĞU ÇAĞIRIŞIMIZ"! Məhdud Məsuliyyətli şəxslərin qayğısına qalmaq və, istəklərini ictimaliyyətləşdirərək, işıqlandırıb lazımi orqanlara çatdırılmasına vəsilə olaq. Qarabağımız Əngəlsiz Olsun Hörmətli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Mikayıl Cabbarov, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Muxtar Babayev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Ganjali, Deputat Fatma Yıldırım, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Dillər və İqtisad universitetlərinin rektorları Kamal Abdulla, Ədalət Muradov və Xalq artisti Alim Qasımov, “Qarabağ Dirçəliş Fondu”nun Müşahidə Şurasının üzvlərinə ÇAĞIRIŞ edirik, lütfən təkliflərimizlə diqqətlə tanış olun və çağırışımıza olumlu yanaşın, olumlu yanaşın ki sonra çox gec olmasın! QARABAĞ AZƏRBAYCANDIR! 1.) Əngəlsiz Həyat Üçün. Qarabağda və hal-hazırda Paytaxt Bakının özündədə TX5 taksiləri olsun! İstədiyimiz məkana getmək üçün aldığımız məvacib ehtiyaclarımızı ödəmir. Əlilliyi olan şəxslərin sosial müdafiəsinin səmərəliliyini artırmaq məqsədi ilə pulsuz xidmət göstərilsin. 2.) Əngəlsiz Həyat Üçün Şəhər infrastrukturu əngəlsiz olsun! Əlilliyi müəyyən olunmuş şəxslərin rahat hərəkət etməsi üçün şərait yaradılsın. 3.) Əngəlsiz Həyat Üçün Bölgələrdə uyğun dizaynlı TX5 taksilər olsun! Yuxarıda qeyd edildiyi kimi, hər bir bölgənin statusu haqqında müraciəti təmin olunmasına xüsusi diqqət yetirilsin və təmənnasız xidmət göstərilsin. Əngəlləri Birgə Aşaq! SORĞU ÇAĞIRIŞIMIZ! Hörməli jurnalistlər, lütfən siz də öz nüfuzunuzdan istifadə edərək bu mövzunu işıqlandırın, məqalələr yazın, müsahibələr götürün, medianızı adından rəsmi şəkildə aidiyyatı dövlət qurumlarına göndərin. Göndərin ki, tikinti işləri başladıqdan sonra çox gec olmasın. AXI SİZ 4-CÜ HAKİMİYYƏTSİNİZ. Elnur Hidayətoğlu, Həbib Müntəzir, Gülər Mehdizadə, Sevinc Vaqifqızı, Vəfa Fərəc, Aytən Farhadova, Aytac Tapdıq, Orxan Rustemov, Rəy Kerimoğlu Qazi, Ramid İbrahimov, Jale Sönmez, İlham Rəsulzadə, Esmira Javadova, Xəyalə Agayeva, BBC News Azərbaycanca, MeydanTV, AzadliqRadiosu, Kanal13.TV, Rumiyyə Miraslan, Rafiq Həsənov, Aqil Alesgər, Rauf Arifoğlu, Lalə Real Real, REAL TV, Zaur Qəriboğlu, Reaksiya TV, APA TV. "Fəridə Səxavətli. 102xeber.com Xəbərlər Portalının" Baş Direktor Müavini, "Milli Məclis Xəbər.az Xəbər Portalının" Şöbə Müdiri, "Dostluq Məşəli" İctimai - Siyasi hüquq qəzetinin Şöbə Müdiri, "Dostluq Məşəli Qəzetin" Məhdud Məsuliyyətli Cəmiyyətin Əlillər Təşkilatının Rəhbəri Fəridə Rufullayeva Şukur qızı. Вернуться назад |