Главная > Gündəm / Sosial > “Azərsu” ASC-nin sədrinin qohumlarının şirkətləri üzə çıxdı
“Azərsu” ASC-nin sədrinin qohumlarının şirkətləri üzə çıxdı19-01-2021, 14:59. Разместил: admin |
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun qohumlarının şirkətləri üzə çıxıb... Bu barədə jurnalist Həbib Müntəzir məlumat yayıb. Oğlu Araz Hüseynov "Natural Aqro” MMC şirkətinin rəhbəridir. Həmçinin o "ABLV Bank”ın Bakı ofisi vasitəsilə bir çox Azərbaycan məmurlarının korrupsiyadan əldə etdikləri pulları xaricə daşıyıb. Qardaşı Məhəmməd Cavanşir oğlu Hüseynov "Sənaye Tikinti-M" MMC-nin təsisçisidir. Bu MMC "Azərsu" üçün 1,5 mln manata Korgöz qəsəbəsinə su xətti çəkib. Qaynı Namiq Cidalı oğlu Cəbrayılov "Hidro-İnşaat Servis" və "Hidro-Lotus" MMC-nin təsisçisidir. Türkiyədə də "Lotus" adlı şirkəti var. Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun layihəsi və tikintisi üçün 5 milyon manatlıq layihə məhz "Hidro-Lotus" MMC-yə tapşırılıb. Q.Hüseynovun özünün də Bakının Nərimanov rayonunda villası var. Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq. pia.az Вернуться назад |