Главная > Gündəm / Mədəniyyət > HƏR ADDIMDA BİR UĞUR!

HƏR ADDIMDA BİR UĞUR!


10-12-2020, 12:53. Разместил: admin


Eltən Əliyev Nizami oğlu, Naxçıvan Muxtar Resbublikasının Şərur rayonunun Axura kəndində doğulmuşdur:
    Leytenant Eltən Əliyev Nizamı oğlu, 2018 - ci ildən etibarən Füzuli N saylı hərbi hissədə Tank Tağım komandiri vəzifəsində xidmət etmiş və başda Ali Baş Komandan olmaqla bütün əsgər yoldaşları ilə fəxr etmişdir. 
    Demək olar ki, bundan öncə oktyabrın əvvəllərində, əvvəlki döyüşlərdə iştirak etmiş Cəbrayıl, Füzuli istiqamətində torpaqlarımızı işğaldan azad edilməsi uğrunda böyük uğurlar qazandığının sevincini yaşamışdır. 
    Leytenant Eltən Əliyev Hərbi xidməti zamanı erməni faşizimləri gördüyü an düşünməyə vadar edən bir amal ona rahatlıq vermirdi. Kaş,,, Ali Baş Komandan əmr verərdi, bu erməni qəsbkarlarını yer üzündən silərək köklərini kəsərdik. Onları görəndə etdikləri vəhşiliklər yada düşür. (1990 - 1993) - cü illərdə bizim millətə,  qadinlara, uşaqlara, korpələrə etdikləri vəhşilikləri unutmaq olmur və unudulmazdır. 
    O tarixin üzərinə düşən qeyrət rəmzi olan Şəhidlərimiz ölməz ruhlarına andı, Ücrəngli bayrağımızın Qarabağda dalğalanması böyük yüksəkliyi ilə qana - qanla qisası alındı. Şukur bu günə ki, o gün gəlib çatdı. 
  
   Sentyabr ayının 27 - si səhər saat səkkizin yarısı idi. Bilirdik ki, o gün gəlib çatıb səbirsizliklə gözləyirdik. Bütün əsgərləri ilə görüşüb halallıq alıb döyüşə əmr verdi.
     Artıq, müharibə başlamışdır. Çox gözəl bir mənzərə idi, qürurlandırıcı bir görkəmdə 
sevinclə, gülə - gülə  müharibəyə gedirdidilər. Çünki, neçə illər bu anı gözləyirdilər. Deyib, gülərək tanklarla hücuma keçdilər. İlk gün çox çətin və şərəfli olduğu halda şəhidlərimiz olsada irəli getməli  bir məqsəd uğrunda mübarizə aparmaq Qarabağımızı yağı düşməndən azad etməkdir. 
Qələbə Zəfəri günü münasibəti ilə Xalqımızın xidmətində layiqincə yerinə yetirmək və şərəfli ömür yolunda "Qarabağ Azərbaycandır" tarixi reallıqları ilə birlikdə Qələbə sevincini yaşatmaqdır. 
 Hətta, şəhidlərimiz şəhid olaraq gülərək deyirdilər:
  -- Komandir. Axır ki, torpaqlarımız işğaldan azad olacaqdır. Bu sözləri eşidən Leytenant Eltən Əliyev Nizami oğlu daha da qəzəbli, daha da nifrət hissi ilə düşmənə qarşı vuruşur şəhid əsgərlərinin qisası uğrunda döyüşlərdə qəhrəmancasına şücaət göstərirdi.
   Qızğın döyüş gedirdi. Düşmən çoxlu sayda itkilər verməsinə baxmayaraq, yarısı qaçır, yarısı döyüşmək istəsədə belə tab gətirə bilməyib,  qorxaraq o da qaçırdı.  Döyüşün 2 - çi saatı idi, düşmənin 5 - ci eşalanu tanklarla yardılar. Erməni leşlerin sayı hesabı yox idi. Ermənilər heç yaralı əsgərlərinə belə sahib çıxmırdılar,  döyüş bölgələrində yaralı vəziyyətdə qoyub qaçırdılar. Düşmən hər posta 10 dəqiqə dözə bilirdi və sonda qaçırdı. 
    Füzulinin Kənd Horadiz istiqamətində hərəkət edirdilər hər iş öz axarı ilə davam  edirdi. Hər addımda bir uğur əldə edərək torpaqlarımızı işğalçılardan azad edirdilər. 
Düsmən tanklarını, silahlarını digər hərbi avadanlıqlarını qoyub qaçırdılar. Oktyabr ayının səkkizi idi, tanklarla  Hadrut  istiqamətində hücuma keçdilər. Düşmən müqavimət göstərməyə cəhd edirdi, lakin bölmələrinin buna imkan vermirdi.  2 tankla Hadruda sol digər tanklar isə sağ tərəf  istiqamətlə hücuma keçdilər düşmənlə atışma başladı. Qarşı tərəfdə düşmən tankları var idi.  Düşmənin bir tankını məhv etdilər və düşmən ağır artilleriya ilə tankımızı vurdular. Cəhd göstərib, ayıq - sayıqlığı ilə tankdan çıxıb mövqeləri isə  döyüşü davam etmək və düşməni məhv etmək idi. Tank yanırdı, amma əsas odur ki, əsgərlər və Leytenant Eltən Əliyev Nizami oğlu sağ qalmışdılar və digər tanklar döyüşü davam etdirirdi. 
   Düşmən tanklarını və şəxsi heyətini qoyub qaçdı. Çunki, onların sağ qalma ehtimalı yox idi. Bir tərəfdən pualar, bir tərəfdən artilleriya, bir tərəfdən onları biçirdi. 
   Leytenant Eltən Əliyev yaralanmasına baxmayaraq düşmən tankını heyətilə birgə idarə edib döyüşü erməni tankı ilə davam etmişdir. Bu həm qürurverici, həmdə sevindirici hal idi. Düşmən isə texnikasını qoyub qaçmışdı. 
   Hadrud istiqamətində döyüş davam edirdi. Hücuma keçmək çox çətin idi, hər tərəf minalı idi. Bir yol minalanmamışdı, oranı keçmək isə çox çətin idi. Orada itkilərimiz çox  ola bilərdi, çox sayda şəhid verə bilərdik. 
 Çunki, çıxış yolumuz bir idi,
 erməni isə oranı görürdü və bilirdilər  buna baxmayaraq həmin istiqamətə getməli idilər.
    O çətinliyi Leytenant Eltən Əliyev Nizami oğlu öz üzərinə götürdü. Heyətilə birgə bütün texnikaların qarşısında gedirdi. Düşüncəsində qoy nə olsa mənə olsun və 1 tank o qədər texnikanın vurulmasının qarşısı alınırdı. Elədə oldu, düşmən təpədə gizlənmişdi. Gördüyü halda qumbaratanlarla  atəş açdılar vura bilmirdilər. Leytenant Eltən Əliyev isə 
 atəş açaraq düşməni məhv edərək irəliləyirdilər. Texnikalar isə arxası ilə gəlirdi. Düsmen qorxub qaçırdı,  həmin vaxtı sağ tərəfdən bir qumbaratan çıxaraq tankı vurdu. Tankist yoldaşları həmin atıcını vurdu. Leytenant Eltən Əliyev tankdan cəld çıxaraq tutduğu mövqeləri digərləri davam etdi. Bununlada əməliyyat tam uğurla nəticələndi və Hadrut qəsəbəsi azad olundu. Dusmənin ən əlverişli yeri idi. Hadrut qəsəbəsini azad etdikdən sonra, yaxın zamanda Füzuli rayonuda işğaldan azad etdilər. 
   Leytenant Eltən Əliyevin ən böyük arzusu İşğal olunmuş torpaqlarımızın geriyə qaytarılması idi. Şükürlər olsun ki,  Qarabağ Qazisinin arzuları reallaşmasına şərait yaradılmasında Ali Baş Komandan İlham Əliyev Cənablarının siyasəti nəticəsində Azərbaycan Qarabağ münaqişəsinin həllində Qələbə Zəfərin Sülh'ə müjdəsini tüm dünyaya iradəsilə çatdırdı. 
    Allah bütün şəhidlərimizə rəhmət etsin, məkanları cənnəti - məkan olsun. Amin. 
    Bütün Qazilərimizə yaralı olan əsgərlərimizə başda yaralı Leytenant Elşən Əliyev Nizami oğlu olmaqla şəfa diləyirik. 
    Allah bütün hərbiçilərimizi qorusun və hal-hazırda yaralı olan Leytenant Eltən Əliyev Nizami oğluna şəfa diləyirik və şərəfli ömür yolunda yaralı olan digər yaralılarımıza tezliklə sağalmasına  şəfa diləyərək uzun ömür can sağlığı arzu edirik. Yaşasın Azərbaycan və Azərbaycan Ordusu!















Вернуться назад