Главная > Gündəm > Mübariz Əhmədzadə: Prezident cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət və həyata keçirilən tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunmasına xidmət edir
Mübariz Əhmədzadə: Prezident cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət və həyata keçirilən tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunmasına xidmət edir13-07-2020, 12:37. Разместил: admin |
Zaqatala Rayonu İcra Hakimiyyətinin Başçısı Mübariz Əhmədzadə - Dövlətin iqtisadi potensialı və qüdrəti ilə yanaşı həm də milli səhiyyə sisteminin inkişaf səviyyəsi və tərəqqisi dövlətçiliyin mühüm meyarlarından biridir. Azərbaycanın dövlət büdcəsinin ildən-ilə artımı səhiyyə sistemində insanların mənafeyinə xidmət edən islahatları inamla davam etdirmək imkanı yaradır. Hazırkı pandemiya dövründə dünyada gedən proseslər bizim ölkədən də yan keçməmişdir. Xəstəliyə yoluxmanın tempi yüksəlsə də vəziyyətin nəzarət altında olması tibb işçilərinin ağır işini yüngülləşdirir, sabaha nikbincəsinə baxmasına səbəb olur. Yeni növ koronavirusa qarşı mübarizədə Azərbaycandakı vəziyyət digər ölkələrlə müqayisədə daha stabil və nümunəvidir. Bunu ÜST-nın verdiyi rəylər də bir daha təsdiq edir. Bu nümunəviliyin əsas meyarını dövlətin öz vətəndaşına bəslədiyi münasibətdə görə bilərik. Vətəndaşlarımızın dövlət hesabına ölkəyə gətirilməsi,gətirilən insanların karantində saxlanılması üçün yaradılan şərait dövlətin öz vətəndaşlarına göstərdiyi nümunəvi davranışdır. Bütün bunlarla bərabər yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Prezidentinin müvafiq sərəncamı bütün xalqımız və xüsusən tibb işciləri tərəfindən böyük rəğbətlə qarşılanıb və vaxtında atılmış addım kimi yüksək qiymətləndirilir. Eyni zamanda kronavirusla mübarizə fondunun yaradılması, 800 çarpayılıq xəstəxananın istifadəyə verilməsi, yaxın zamanda 1300 çarpayılıq yeni modul tipli xəstəxananın istifadəyə verilməsi, modul tipli beş xəstəxananın fəaliyyətdə olması göstərirki pandemiya ilə mübarizə ən yüksək səviyyədə təşkil olunub. Amma bu o demək deyil ki, təhlükə sovuşub. Koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə ölkəmizdə bütün addımlar atılır. Hər atılan addım vətəndaşlarımız sağlamlığının qorunmasına xidmət edir. Lakin hər bir vətəndaşın borcudur ki, karantin rejiminin qaydalarına riayət etsin. Hər bir kəs belə çətin bir vəziyyətdə üzərinə düşən məsuliyyəti dərk etməli, qəbul olunan qaydalara, verilən tövsiyyələrə riayət etməlidir. Bir şəxsin məsuliy-yətsizliyi nəticəsində onlara insan təhlükə ilə üz-üzə qala bilər. Bu isə hər bir xəstənin hətta ölümlə üz-üzə qala biləcəyini ehtimal edir. Bu gün biz Ermənistanla aşkar müharibə şəraitində olduğumuz kimi həm də ölkə daxilində “görünməz gizli düşmənlə” müharibə şəraitindəyik. Qonşu dövlətlə qarşıdurmada vətənin igid oğulları-əskərlər, virusla mübarizədə isə ölkənin bütün tibb işçiləri ön cəbhədə mübarizə aparırlar. Hər iki cəbhədə “döyüşənlər” Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında irəliləmək və qələbə çalmaq əznindədirlər. Və bütün mübarizələrdə olduğu kimi ön və arxa cəbhə mövcuddur. Ön cəbhənin qələbəsi arxa cəbhəsiz mümkün deyil. Ona görədə bu gün hər bir kəs koronavirusla mübarizədə özünü və ətrafdakıları qorumaqla həkimlərə, tibb işçilərinə kömək etməli bununla da dövlətmizin həyata keçirdiyi humanist, insanların sağlamlığının qorunmasına yönəlmiş tədbirləri dəstəkləməlidir. Koronovirusla mübarizənin çətin imtahanlarının yaşatdığı indiki məsuliyyətli günlərdə Prezident cənab İlham Əliyevin apardığı məqsədyönlü və müdrik siyasət, dövlət başçısı kimi göstərdiyi şəxsi nümunə hər bir vətəndaş üçün ibrətamiz bir örnək olmaqla bərabər, həm də ciddi bir çağırışdır. Möhtərəm Cənab Prezidentin ilk gündən apardığı müdrik uzaqgörən siyasətinin nəticəsidir ki, Azərbaycan bu gün vəziyyətdən minimum ziyan görür. Ölkəmizin hər bir vətəndaşı dərk edirki, “Biz birlikdə güclüyük” çağırışı bizi bir xalq kimi güclü edir və daha sıx birləşdirir. Zaqatalada 8,6 min hektar taxıl sahəsinin məhsulu biçilibZaqatala rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası mütəşəkkil davam etdirilir. Bu günədək 3 min 406 hektar arpa və 5 min 258 hektar buğda sahəsinin məhsulu biçilib, 25 min 676 ton məhsul tədarük olunub. Hələlik hər hektardan orta məhsuldarlıq 29,6 sentner təşkil edir. Builki mövsümdə rayonda 11 min 320 hektar taxıl sahəsinin məhsulunun biçilməsi gözlənilir. Taxıl əkinlərinin 7 min 812 hektarını buğda, 3 min 508 hektarını isə arpa sahələri təşkil edir. Payızlıq dənlilərin əkin sahəsi əvvəlki illə müqayisədə 320 hektar artıb. İndiyədək tədarük edilən taxılın 10 min 218 tonu arpa, 15 min 458 tonu buğdadır. Arpa sahələrinin hər hektarından orta hesabla 30 sentner, buğda sahələrindən isə 29,4 sentner məhsul götürülüb. Hazırda sahələrdə 23 taxılbiçən kombayn işləyir. Zaqatalanın gənc könüllüləri pandemiyaya qarşı mübarizə tədbirlərinə dəstək olurlarKoronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən yaradılan mobil qrupların sakinlər arasında apardığı ictimai maarifləndirmə tədbirlərinə rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin gənc könüllüləri də həvəslə qoşulublar. Zaqatala şəhərində keçirilən növbəti aksiya zamanı vətəndaşlara pandemiyaya qarşı mübarizədə qoruyucu vasitələrdən, xüsusilə tibbi maskalardan istifadə edilməsinin, sosial məsafənin saxlanılmasının vacibliyi, məcburililiyi bir daha ətraflı izah olunub, onlara tibbi maskalar paylanılıb. Sakinlərin diqqətinə çatdırılıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə düzgün riayət etmək hər kəsin vətəndaşlıq borcudur və bu qaydalara əməl etməyən şəxslər, qurumlar barəsində ciddi intizam tədbirləri həyata keçirilir. Zaqatalada pandemiya əleyhinə tədbirlər gücləndirilibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Baş Nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsində verilmiş tapşırıqların icrası ilə əlaqədar Zaqatala rayonunda pandemiyaya qarşı mübarizə tədbirləri daha da gücləndirilib. Operativ Qərargahın tələb və tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün rayon icra hakimiyyəti yanında yaradılan qərargah tərəfindən Zaqatala şəhərində, eləcə də rayonun qəsəbə və kəndlərində zəruri tədbirlər görülür. İyulun 4-də Zaqatala şəhərində növbəti kütləvi dezinfeksiyaedici tədbirlər həyata keçirilib. Şəhərin prospekt və küçələri, səkilər, yaşayış məhəllələrinin əraziləri dezinfeksiyaedici məhlulla yuyulub, gündəlik tələbat malları mağazalarının, apteklərin, iaşə obyektlərinin giriş-çıxışları təkrar dezinfeksiya olunub. Eyni zamanda, operativ qərargahın üzvləri tərəfindən əhali arasında maarifləndirici söhbətlər aparılıb, onlara tibbi maskalardan istifadə, sosial məsafənin saxlanılması, sanitar-gigiyena qaydalarına riayət edilməsi tövsiyə olunub, maskalar paylanılıb. Ölkəmizin sosial-iqtisadi sverasında əldə olunan uğurlar Zaqatala rayonunda da özünü əks etdirmiş və müsbət tendensiyalara doğru addımlamışdır. Ölkəmizdə gedən sosial-iqtisadi inkişafdan Respublikamızın bütün regionlarında olduğu kimi, Zaqatala rayonuna da əhəmiyyətli pay düşmüşdür. Zaqatalalılar Mübariz Əhmədzadənin başçılığı altında dövlətin qayğılı münasibətini daha dərindən hiss edərək, ölkə prezidentinin apardığı uğurlu siyasəti dəstəkləyirlər. Zaqatala rayonunun sosial-iqtisadi inkişaf planının düzgün və səmərəli həyata keçirilməsinin nəticəsindir ki, rayonda böyük abadlıq-quruculuq işləri geniş fürsət almışdır. Qeyd etməyimiz vacibdir ki, dövlətimizin rəhbərliyinin qayğılı münasibətini Zaqatala və zaqatalalılara yetirməsi ilə vəzifələndirilmiş rayon İcra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin bu inkişafa böyük xidmət göstərmişdir. Rayonun tərəqqipərvər vətəndaşları bir mənalı olaraq bu fikirdədirlər ki, Mübariz Əhmədzadənin icra başçısı kimi fəaliyyəti bu rayona və rayon sakinləri üçün düşərli olmuşdur. Ümumilikdə görülən bütün işlərin vaxtı-vaxtında həyata keçirilməsi prosesinə nəzarət etməklə vəzifələndirilmiş İcra başçısı Mübariz Əhmədzadə və onun rəhbərlik etdiyi aparat əhalinin elektrik enerjisi, qaz, su ilə təhcizatı məsələlərini diqqət mərkəzində saxlayırlar. Daimi iş yerlərinin açılması, Dövlət Proqramının əsas istiqamətlərindən biri olan kənd təsərrüfatının inkişaf etdirilməsi, kiçik və orta sahibkarlığın inkişafına dəstək müstəvisində xeyli tədbirlər həyata keçirilmişdir. Şəhid ailələri, Qarabağ əlilləri rayon rəhbərliyinin qayğısı ilə əhatələnmişlər. Bizdə 102xeber.az olaraq Zaqatala rayon İH başcısı Mübariz Əhmədzadəyə gələcək işlərində eləçədə, rayoncün gördüyü yeni quruculuq-abadlıq işlərində, boyük müvəffəqiyyət arzulayıq. Ona görə də, biz burdan üzümüzü tütüb bəzi saytlara və qəzetlərə deyirik ki, öz mənfəətiniz üçün yalan-böhtan məlumatları dərc etməyəsiniz. Necə ola bilər ki, Mübariz müəllimin üzünü və rayonda gördüyü işləri görmədən yalan və şantaj xarakterli yazılar dərc edəsiniz? Sayt və qəzet rəhbərləri bu cür hallar əsil jurnalistə yaraşan hərəkət deyil. Ona görə də yazı hazırlayarkən əvvəlcə işi araşdırın sonra olduğu kimi dərc edin. Вернуться назад |