Главная > Gündəm / Cəmiyyət > İmamverdi İsmayılov: Şuşa bizimdi, bizimdi!

İmamverdi İsmayılov: Şuşa bizimdi, bizimdi!


9-11-2020, 12:53. Разместил: admin


Milli məclisin deputatı İmamverdi İsmayılov -  Azərbaycan Respublikasının Prezidenti, Yenilməz Ali Baş Komandanımız İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciət edərək Şuşa şəhərinin işğaldan azad olunması xəbərini doğma xalqına çatdırdı.
   Bu müjdəli xəbər bütün xalqımız tərəfindən böyük sevinc, qürur hissi ilə qarşılandı.

Bizi yəni, sağlamlığımızı, doğmalarımızı, dövlətimizi təhlükəyə atan hər bir şeydən qorunmağı və  onunla mübarizə aparmağı bacarmalıyıq. Bu gün bizim üçün təhlükəli ola biləcəklər sırasında insan cildinə girmiş işğalçı və gözə görünməyən infeksiya dayanır.
   Təsəvvür edin ki, Azərbaycan bir ailədir. Biz vətəndaşlar həmin ailənin üzvləriyik. Bizim ailəmizin başçısı, atamız isə Dövlət Başçımızdır. Onun qoyduğu qanunlara, qadağalara riayət etməyi özümüzə borc bilməliyik. Yaratdığı fürstələrdən səmərəli istifadə edərək Azərbaycan ailəsinə, onun inkişafına dəstək verməliyik. Necə ki, valideynlərimizin doğru qadağalar qoyaraq bizi bilmədiyimiz, anlamaqda çətinlik çəkdiyimiz təhlükələrdən qoruduğuna inanırıq, eləcə də Dövlət Başçımızın qoyduğu qadağalara şübhə etmədən, ertələmədən riayət etməliyik. Həftələrlə, aylarla həqiqətin axtarışına sərf olunan vaxt ərəfəsində çox qurban verə bilərik. Bunu nə özümüzə, nə də bizimlə eyni səmaya baxan, eyni torpağa baş qoyan insanlara rəva görməyə haqqımız yoxdur.
    Müvəqqəti tətbiq olunan məhdudiyyətlər bizi əbədi sevincə, aydın gələcəyə aparır. Bu sevincdən nə özümüzü, nə də bacı-qardaş bildiyimiz həmvətənlərimizi məhrum etməməliyik.
    Koronavirusla mübarizədə boynunuza düşənləri edərək dəstək olun dövlətimizə. Yəni özünüzü pis hiss edirsinizsə evdə qalın, həkimə müraciət edin, qonaqlarınızın sayını azaldın, insanlarla təmasınız olacağı təqdirdə tibbi maskadan istifadə edin, məsafə saxlayın, əllərinizi tez-tez yuyun və bu qaydalara əməl edərək bilin ki, bu kiçik saydığınız hərəkətlər böyük xilasa aparır. Əvvəla, bu qaydaların hər biri sizə min bir xeyir bəxş edir. Əllərinizi tez-tez yumaqla tək koronavirus infeksiyasına yoluxma riskindən yox, eyni zamanda digər mikroblardan və natəmizlikdən qorumuş olursunuz özünüzü.

Tezliklə Şuşada himnimiz səslənəcək, Üzeyir Hacıbəylinin, Əhməd Cavadın ruhu şad olacaq, nəğmələrəmiz oxunacaq, hər bir Azərbaycanlı xarıbülbülün ətrini dərmədən Şuşada duyacaq.  O gözəl günlərin sevincini doya-doya tam yaşamağımız üçün biz hər iki təhlükəyə qarşı mübarizə aparmalıyıq. Ali Baş Komandanımız və müzəffər ordumuz işğalçı düşmənimizin cəzasını verəcək. Biz də birlikdə koronavirusdan qorunmaq üçün tətbiq olunmuş hər bir qaydaya riayət edərək gözə görünməyən düşməni cəzalandıraq. Koronavirusla olan mübarizəmizdə boynu bükük qalmayaq. Orduya çağrılmadan könüllü gedən cəsarətli övladlar yetişdirən bir millətik. Cəsarətimizlə yanaşı iradə gücümüzün də zəif olmadığını göstərək. İnanıram ki, müvəqqəti çətinliklərin öhdəsindən gələrək həmin infeksiyanı  zərərsizləşdirəcəyik. Unutmayaq ki, biz birlikdə güclüyük! Əgər istəsək hər bir bəlanın öhdəsindən birlikdə gələ bilərik. Biz özümüzdən çox doğmalarımızı düşünən fədakar bir millətin yetirməsiyik. Ətrafımızdakıları qoruya bilmək üçün ilk öncə özümüzü qoruyaraq təhlükənin daşıyıcısına çevrilməməliyik. Əsgərlərimiz zəfər xəbəri ilə evlərinə qayıdanda öz doğmalarını sağ-salamat görmək istəyir. Bu arzunu o igidlərə çox görməyək. Gəlin qaydalara əməl edək.     
     Özümüz qorunaq ki, dövlətimizi də qoruya bilək!
Вернуться назад