Главная > Gündəm / Mədəniyyət > "Azərbaycan bayrağı" Ordenli keçmiş döyüşçü, qəhrəman kəşfiyyatçı İbad Hüseynov
"Azərbaycan bayrağı" Ordenli keçmiş döyüşçü, qəhrəman kəşfiyyatçı İbad Hüseynov9-10-2020, 12:43. Разместил: admin |
Artıq xeyli vaxtdır ki, internetdə www.ibadhuseynov.net ünvanlı bir sayt öz yerini tutub. Saytda qəhrəman döyüşçü, Xocavənd rayonunun Muğanlı kəndində dünyaya göz açmış, Qarabağ müharibəsində kəşfiyyat bölüyünün komandiri olmuş, döyüşlərdə erməni qəsbkarlarının canına qorxu salmış “Azərbaycan Bayrağı”ordenli İbad Hüseynovun həyat və döyüş yolundan, qəhrəmanlıqlarından və insani keyfiyyətlərindən bəhs olunur. İ. Hüseynovla çiyin-çiyinə vuruşan cəbhə yoldaşları saytda onunla bağlı xatirələrini və birgə keçirdikləri döyüş əməliyyatlarına aid təəssüratlarını qələmə alıblar. Məşhur ASALA terror təşkilatının qurucularından olan, bir çox partlayış və qətillər həyata keçirmiş, Avo ləqəbi ilə tanınan terrorçubaşı Monte Melkonyanın İbad Hüseynov tərəfindən layiqli cəzasına çatdırılması ilə bağlı yazılar xüsusi maraq doğurur. Dağlıq Qarabağda ilk hərbi toqquşmaların başlandığı zaman, İbad Hüseynov Rusiyanın Amur şəhərində yerləşən hərbi hissədə Sovet ordusunda qulluq edirdi. Burada o, Sovet ordusunun Bakıya qoşun yeritdiyini və çoxlu sayda həmyerlilərinin öldürüldüyünü öyrənir. Hüseynov Azərbaycandan olan digər hərbçilər ilə birlikdə, onların vətənə buraxılması məqsədilə müddətsiz aclıq aksiyasına başlayır. Komandanlığın ağır təzyiqinə baxmayaraq, onlar aclıq aksiyasını dayandırmır. Nəticədə rəhbərlik İbad Hüseynov və aclıq aksiyasında iştirak edən dörd nəfər əsgər yoldaşını 4 ay öncədən təxris edir. İbad Hüseynov 1990-cı ildə Azərbaycana qayıtdıqdan sonra öz doğma Xocavənd rayonuna gedir və orada yerli hərbi özünümüdafiə birləşmələri yaratmağa başlayır. Məhz bu dövrdə Dağlıq Qarabağ münaqişəsinin aktiv fazası başlayır. Bu qruplar yerli Azərbaycan əhalisinə qarşı xüsusi qəddarlıqla seçilirdi. Ermənilərdə regionda yerləşən sovet ordusundan və ya xaricdən alınmış yetərincə hərbi sursat, təchizat və texnika vardı. Bütün Qarabağ əhalisində olduğu kimi Xocavənd rayonu əhalisinində müdafiə üçün silah-sursatının olmadığını nəzərə alaraq, İbad Hüseynov "kəşfiyyat-diversiya dəstəsi" yaradır və erməni tərəfə keçərək, onları məhv edir. Ermənilərin çoxlu sayda hərbi silah və təchizatlarını ələ keçirməyə başlayır. Erməni təxribatı Erməni tərəfin danışıqlarını radio yaxalama vasitəsilə izləyəndə məlum oldu ki, Ağdam-Xocavənd istiqamətində erməni hərbi bölmələrinə rəhbərlik etmək üçün əraziyə "Avo" ləqəbli məşhur erməni komandiri gəlir. Azərbaycanlılar bu ləqəbin Monte Melkonyana məxsus olduğunu bilmirdilər. Onlar onu Avo kimi tanıyırdı və bilirdilər ki, ermənilər Avoya hörmət edir. O, bir neçə Yaxın Şərq müharibələrində iştirak edib, Avropada bir sıra terror aktlarının təşkilatçısı olmuşdu. Həmçinin məlum idi ki, Qarabağ müharibəsinin ən qanlı səhifələrindən biri olan Qaradağlı qırğını, Xocalı soyqrımı və digər yaşayış məntəqələrində Avo bir başa olaraq, qətliamda iştirak etmiş və erməni birləşmələrinə rəhbərlik etmişdi. İbad azərbaycanlıların tökülmüş qanı üçün qisas almağı özünə söz verir və erməni komandiri Avonun bütün hərəkət və əməliyyatları haqda məlumat yığmağa başlayır və onu məhv etməyə müvəffəq olur. 26 dekabr 1993-cü ildə İbad minaya düşərək ağır yaralanır. Qəlpələr başa, ələ və ayaqlara girir və Hüseynov komaya düşür. 28 günlük komadan sonra xilasa heç bir ümid qalmamışdır. Moskvadan gəlmiş məşhur cərrah onun çıxılmaz vəziyyətini görüb, heç nəyə zəmanət vermədiyini açıqlayır. Kəlləni yardıqda, beyin və bədənin normal funksionallığını saxlamağa imkan verməyən çoxlu daxili qanaxmanı aşkar edir. Həkim hematomanı ləğv edir. İllərlə qoltuq ağaclarında gəzməli olur və xəstəxanalrda müalicə alır. ( Müharibə zamanı aldığı zədəyə görə, sağ ayağı və sağ qolu uzun zaman hərəkətsiz qalır. İbad Hüseynov uşaqlıqdan idmanla məşqul olduğu üçün öz sağlamlığına tezliklə qayıdır). Hospitaldan çıxdıqdan dərhal sonra o cəbhə xəttindəki öz hərbi hissəsinə qayıdır. 2010-cu ildə Bakıda, "Azərbaycanfilm" kinostudiyasında İbad Hüseynova həsr edilmiş "Əsgər" sənədli filminin təqdimat mərasimi keçirilmişdir. Film rejissor Etibar Məmmədov tərəfindən çəkilib. 2013-cü ildə rejissor Kəmalə Mirzəyevanın quruluşunda "Qorxulu yuxuların qəhrəmanı" adlı film çəkilmişdir. 2011 -ci ildə rejissor Etibar Məmmədov olan "Kəşviyyatçı" sənədli filmi çəkilmişdir. 2016-cı ildə rejissoru Natiq Novruzov olan "Xüsusi təyinatlı İbad" bədii film çəkilmişdir. 9 oktyabr 1994-cü ildə Azərbaycan Respublikasının "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir. 2015 -ci ildə Yeni Türkiyə Strateji Araşdırmalar tərəfindən təsis etdiyi “Şərəf” medalı Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, keçmiş Təhsil naziri və uzun illər millət vəkili olmuş Hasan Calal Gözəl tərəfindən “Azərbaycan Bayragı” ordenli , kəşfiyyatçı-döyüşçü, kəşfiyyat komandiri olmuş İbad Hüseynova təqdim edildi. 2016 - cı ildə Azərbaycan Qarabag Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən “Azərbaycan Bayragı” ordenli , kəşfiyyatçı-döyüşçü, kəşfiyyat komandiri olmuş İbad Hüseynov a ”Fədai” medalı təqdim edildi. 2017 ci ildə Azərbaycan Respublikası Veteranlar Təşkilatı tərəfindən “General Səməd Bəy Mehmandarov “ adına medal “Azərbaycan Bayragı” ordenli , kəşfiyyatçı-döyüşçü, kəşfiyyat komandiri olmuş İbad Hüseynova təqdim edildi. 2018 -ci il aprel ayında Azərbaycan Bayragı” ordenli , kəşfiyyatçı-döyüşçü, kəşfiyyat komandiri olmuş İbad Hüseynov Türkiyənin Adana şəhərində keçirilən “ Dünya Avşarlar” qurultayında , “Dünya Avşarlar Dərnəyinin” təsis etdiyi “Üstün Cəsarət” medalına layiq görüldü. Medalı Böyük Şəhər Bələdiyyəsinin rəhbəri tərəfindən qəhrəmana təqdim edildi. Türkiyənin Ankara şəhərində 2015-ci ilin aprel ayının 28 də Gölbaşı Bələdiyyəsi tərəfindən “Azərbaycan Bayragı” ordenli , kəşfiyyatçı-döyüşçü, kəşfiyyat komandiri olmuş İbad Hüseynovun adına küçə verildi. 2015- ci il avqust ayının 30 da Türkiyənin Qaziantəp şəhərində Türkiyənin Zəfər Bayramı günündə Şahin bəy Bələdiyyəsi tərəfindən “Azərbaycan Bayragı” ordenli , kəşfiyyatçı-döyüşçü, kəşfiyyat komandiri olmuş İbad Hüseynovun adına park verdi. 2017 ci ilin may ayının 4 də Türkiyənin Kırşəhərində Kırşəhər Bələdiyyəsi tərəfindən “Azərbaycan Bayragı” ordenli , kəşfiyyatçı-döyüşçü, kəşfiyyat komandiri olmuş İbad Hüseynovun adına küçə veridi. 2016 ci ildə Azərbaycanın Agcabədi şəhərində Azərbaycan Bayragı” ordenli , kəşfiyyatçı-döyüşçü, kəşfiyyat komandiri olmuş İbad Hüseynovun adına küçə verilmişdi. 2017 - ci il də Abşeraon Rayonu ərazisində Azərbaycan Bayragı” ordenli , kəşfiyyatçı-döyüşçü, kəşfiyyat komandiri olmuş İbad Hüseynovun adına küçə verilmişdi. Вернуться назад |