Главная > Gündəm / Cəmiyyət > Ordumuzdan BÖYÜK ZƏFƏR: "Reuters" dünyaya ELAN ETDİ
Ordumuzdan BÖYÜK ZƏFƏR: "Reuters" dünyaya ELAN ETDİ28-09-2020, 15:35. Разместил: admin |
"Dağlıq Qarabağla Ermənistan arasındakı yol Azərbaycan Ordusunun nəzarətinə keçib". Redaktor.az xəbər verir ki, bu barədə az öncə "Reuters" agentliyi məlumat yayıb. Məlumatda qeyd edilir ki, erməni hərbi mənbələri də Vardeniz-Ağdərə yolunun kəsildiyini etiraf ediblər. Bu arada, cəbhədə xeyli itki verən düşmən tərəfi muzdlu döyüşçülərdən istifadə edir. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib: “Əldə olunan kəşfiyyat məlumatına əsasən, düşmənin itkiləri arasında Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən olan çoxlu sayda erməni əsilli muzdlu döyüşçülər də var. Lakin onlar Ermənistanda rəsmi qeydiyyata alınmadığı üçün düşmən bu itkiləri asanlıqla gizlədir. Əvvəlki döyüşlərdə olduğu kimi bu dəfə də Ermənistanın hərbi-siyasi rəhbərliyi hərbi məlumatların yayılmasına tətbiq edilən qadağanı əsas gətirərək döyüş itkilərini ictimaiyyətindən gizlədir. Qeyd edək ki, itkilərin sayının çox olması səbəbindən bir müddət sonra düşmən bu itkiləri müxtəlif şəraitdə baş vermiş hadisə kimi göstərərək etiraf etmək məcburiyyətində qalacaq". Вернуться назад |