Главная > Gündəm > Evdə oturan şəxs 200 manat cərimə olundu – Bakı-Quba yolunda – FOTOLAR
Evdə oturan şəxs 200 manat cərimə olundu – Bakı-Quba yolunda – FOTOLAR8-07-2020, 09:00. Разместил: admin |
Orxan Cəlilov adlı vətəndaş karantin qaydalarını pozmadığı halda cərimələnib. MediaPost-a müraciət edən vətəndaş deyir ki, icazəsi olduğu halda rayona gedib: “Qayıdanda icazəmin ləğv olunduğunu postda öyrəndim. Karantin qaydalarını pozduğum üçün mənə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə görə 200 manat cərimə tətbiq etdilər. İyulun 6-sı axşam saat 11-də evdə olmuşam. İyulun 7-nə keçən gecə saat 00:41 radələrində evdə oturduğum yerdə məni Bakı-Quba yolunun 52-ci kilometrində karantin qaydalarını “pozduğuma görə” 200 manat yenidən cərimə ediblər. Təsəvvür edin ki, postdan 60 km aralı, özü də evdə oturduğum yerdə mənə cərimə gəlir”. Vətəndaş deyir ki, aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə şikayət ünvanlayıb: “Həm 102 xidmətinə, həm də Daxili İşlər Nazirliyinin rəhbərliyinə rəsmi şəkildə müraciət etmişəm. Ümid edirəm ki, bu yanlışlıq tezliklə aradan qaldırılacaq. Xəbərdarlıq etmədən icazəm ləğv olunur və cərimə olunuram. İkinci dəfə evdə olanda niyə cərimə yazırlar ki?” Qeyd edək ki, Orxan Cəlilov jurnalistdir və Regional Araşdırma Mərkəzinin direktor müavinidir. O, sərnişin qismində avtomobildə əyləşsə də, sürücü kimi cərimələnib. Вернуться назад |