Главная > Gündəm / Cəmiyyət > Taleh Qaraşov Cənab Prezident İlham Əliyevin tapşırıqlarını şərəflə yerinə yetirir - ÖZƏL

Taleh Qaraşov Cənab Prezident İlham Əliyevin tapşırıqlarını şərəflə yerinə yetirir - ÖZƏL


14-09-2020, 10:35. Разместил: admin

Lənkəranda şəhid ailələrinə yeni mənzillər verildi



 Lənkəranda bir qrup şəhid ailəsinə və Qarabağ müharibəsi əlilinə Respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə tikilmiş 14 fərdi yaşayış evinin açarları təqdim olunub. Bu münasibətlə keçirilən tədbirdə Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Xalid Rəhimov iştirak edib.
       Tədbirdə çıxış edən V.Behbudov cənab Prezident İlham Əliyevin ölkədə sosial sahəyə xüsusi qayğı göstərdiyini vurğulayaraq şəhid ailələrinə və Qarabağ müharibəsi ələllərinə yeni mənzillərin  verilməsini də bu əvəzsiz qayğının parlaq nümunəsi kimi  dəyərləndirib. Natiq çıxışında ölkə əhalisinin həssas qrupları ilə bağlı sosial müdafiə proqramlarının ildən-ilə genişləndiyini qeyd edərək 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626, ötən il isə 934 mənzilin və fərdi evin verildiyini, 2020-ci ildə isə cənab Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələrinə və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi evin veriləcəyinin nəzərdə tutulduğunu söyləyib. Bu il Lənkəran rayonunda təqdim edilən fərdi evlər də daxil olmaqla, onlardan 568 mənzil və fərdi evin artıq sahiblərinə təqdim olunduğunu (o cümlədən 554 mənzil, 14 fərdi ev), digər mənzillərin və fərdi evlərin də ilin sonunadək istifadəyə veriləcəyini diqqətə çatdırıb.
       Tədbirdə çıxış edən Lənkəran ŞİH başçısının müavini Xalid Rəhimov Lənkəran rayonunda yaşayan şəhid ailələri və Qarabağ müharibəsi ələllərinə göstərilən əvəzsiz diqqətə və qayğıya görə  ölkə  prezidenti cənab İlham Əliyevə və  Birinci vitse-prezident  Mehriban xanım Əliyevaya minnətdarlığını çatdıraraq yeni mənzil alan şəhid ailə üzvlərini və Qarabağ müharibəsi əlillərini təbrik edib, onlara firavan və sağlam həyat arzulayıb.



Lənkəranın İcra başçısı Göyşaban kəndində sakinləri düşündürən məsələlərlə maraqlanıb



Ölkə prezidentinin tövsiyyə və tapşırıqlarını əldə rəhbər tutan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov yerlərdə vətəndaşların problem və qayğıları ilə şəxsən tanış olmaqdan ötrü rayonun ayrı-ayrı yaşayış məntəqələrində sakinlərlə görüşlərini davam etdirir. İcra başçısı Taleh Qaraşov Göyşaban kəndində olub ərazinin sosial-iqtisadi inkişafı sahəsində görülən işlərlə və sakinləri düşündürən məsələlərlə maraqlanıb. İcra başçısını razılıq hissi ilə qarşıyan sakinlər ərazidə həyata keçirilən abadlıq və mədəni quruculuq işlərinə görə məmnun olduqlarını ifadə ediblər. Son vaxtlar rayonun hər yerində olduğu kimi Göyşaban kənd inzibati ərazi dairəsində də abadlıq-quruculuq işləri geniş vüsət alıb, kəndara yolları cari təmir edilib, yol mənzərəsi yaratmaq məqsədilə hörülmüş divarların qopmuş ağ layları, piyada səkiləri bərpa olunub, həyət barıları və hasarlar suvaqlanaraq yenidən rənglənib, ərazi fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz və telefon rabitəsi ilə təchiz olunur.  İcra başçısı ilə söhbət zamanı sakinlər bütün bunlara görə dövlət başçısına minnətdarlıq ünvanlayıblar. Vətəndaşların məmnunluğundan razı qaldığını bildirən İcra başçısı onların istək və arzularının bundan sonra da diqqətə alınacağını, bütün problem məsələlərinin həllindən ötrü lazımi tədbirlərin görüləcəyini xüsusi vurğulamış və koronavirus epidemiyası ilə əlaqədar onları heç vaxtı arxayınlaşmamağa, qaydalara riayət etməyə, tibbi maska və qoruyucu vasitələrdən müntəzəm istifadə etməyə səsləyib.



Bu günlər ölkənin internet mediasında, Lənkəran rayonun icra aparatı işçiləri və rəhbəri ilə bağlı qərəzli-xöşagəlməz məlumatlar yer alır. Bildirək ki, bir necə il bundan əvvəl Lənkəran rayonunda yaşayan əhali sosial sıxıntılar məngənəsində əziyyət çəkəndə heç kəs bu haqda bir kəlmədə olsa yazmırdı. Amma öz işgüzarlığı həmişə öndə olan Taleh Qaraşov adıçəkilən rayona rəhbər gətərildiyi vaxtdan rayonda hərc-mərclik yaratmaq istəyənlərin hədəfinə çevrildi. Amma çox çəkmədi o şəxslərə də yerini göstərdi öz islahatlarılya cənab Qaraşov…

Ümumilli Lider Heydər Əliyevin miras qoyduğu siyası kursa sadiqliyi ilə seçilən Taleh Qaraşovun bir neçə vaxdır ki, radikal müxalifətçiliklə məşğul olan mənfur şəxslərin hədəfinə çevrilməsi istəyi boşa çıxdı. Və həmin şəxslər, həmişə xeyirxahlığı və kişiliyi ilə seçilən Taleh Qaraşova qarayaxma və böhtan xarakterli yazılarla onun imicinə xələl gətirmək amacına nail olmaq üçün əllərindən gələni etməyəkləri gülüş doğururdu. Bu səbəbdən də mediada onun haqqında böhtan xarakterli məlumatlar dərc edilir. Onlara qarşı Qara-Piar yaratmağa çalışılırdı. Ancaq bu şəxslər birdəfəlik bilməlidirlər ki, Taleh Qaraşov dövlət quluğunda şərəflə çalışır. Prezidentinə və xalqına layiqli olmaqla yanaşı öz həyatlarını şərəfli işlərə həsr edirlər. Xülasə kimin kim olmağını hər kəs yaxşı bilir.

Özünü tanımayanlar, millətini sevməyənlər, ailəsinə hörmət etməyənlər bilməlidirlər ki, “kişilərin karvanı keçən yerə …. çox olar” deyib atalar. O, kişilər ki, yaxşıya, kimsəsizə, dostluğa, vətəninə sahib çıxıb, bir ömür sadiq olanlardı- desək yanılmarıq. Öz xeyirxahlığı ilə həmişə bu kişilər içində olan Taleh Qaraşova bir görəv verilib. O, görəv ki, ölkə başçısı ona çox inanır və onun sadiqliyinə tam əmindir. Onun üçündə “yel qayadan nə aparar ki…”
 

Bu, doğrudan da belədir. Şəhər günü-gündən gözəlləşir, hər yanda yenidənqurma, tikinti-abadlıq işləri görülür. Yeni parklar, xiyabanlar, yaxud köhnə parklar o qədər zövq və mədəniyyətlə yenidən qurulur ki, iki göz istəyir tamaşasına dursun. Baxın, bir tərəfdən Lənkərandakı tarixi binalar zahiri cəhətdən gözəlləşdirilir, bu sahədə nəhəng işlər görülür. Şəhər məhəllə-məhəllə, küçə-küçə yenidən qurulur, görülən işlər göz oxşayır. Bu işlər indinin özündə də davam etdirilir. Lənkəran şəhərində vəziyyət çox dəyişib. İnsanların illərdən bəri gözlədiklərini hazırkı icra başçısı Taleh Qaraşov bir-bir yerinə yetirməkdədir. Bunun üçün şəhər sakinləriylə söhbətləşmək də kifayətdir ki, icra başçısına, görülən işlərə hansı qiymət verildiyini müəyyənləşdirmək mümkün olsun.
Azərbaycan sürətli inkişaf yolundadır. Bunun əyani sübutu ölkəmizin iqtisadiyyatının inkişafı, əhalinin maddi rifah hazılının yüksək həddə çatması, xarici sərmayənin total şəkildə məmləkətimizə axını, habelə regionların davamlı və analoqu olmayah hədd yüksəlməsidir. Aydın məsələdir ki, bütün bunlar Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir.
 
Вернуться назад