Главная > Gündəm / İdman > Fuad Hacıyev: Vaxtında atılan addımlar, verilən müdrik qərarlar, həyata keçirilən layihələr bir daha sübut edir ki, möhtərəm Prezidentimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır
Fuad Hacıyev: Vaxtında atılan addımlar, verilən müdrik qərarlar, həyata keçirilən layihələr bir daha sübut edir ki, möhtərəm Prezidentimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır27-08-2021, 12:30. Разместил: admin |
Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevdir. Sorğu apardıq ağız dolusu Fuad Hacıyevdən danışdılar yaxşı ki, Fuad Hacıyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektorudur…Fuad Hacıyev öz isguzarlığı ilə tanınır və seçilir…. Fuad Hacıyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır. Prezident İlham Əliyevdən nümunə götürən Fuad Hacıyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi! Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev - Azərbaycan cəmiyyətində qadınların həmişə öz yeri olub. Tariximizdə qadınların dövlət işlərində, siyasətdə və diplomatiyada əldə etdikləri böyük uğurlar barədə xeyli nümunələr var. Müasir dövrümüzdə də Azərbaycan qadınları dövlətin idarə edilməsində, siyasi, elmi, təhsil, iqtisadi, mədəni və başqa sahələrdə aktiv fəaliyyət göstərirlər. Bu mənada Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva bütün qadınlar üçün örnəkdir.Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyət, xeyriyyə, qayğı, yardımetmə kimi humanist fəaliyyətləri daim diqqət mərkəzində olmuşdur. Mehriban xanım Əliyevanın uzun illər Heydər Əliyev Fondunun prezidenti kimi vətənpərvərliyə, humanizmə, mərhəmətə, şəfqətliyə əsaslanan proqramları böyük marağa səbəb olub. Fond Azərbaycanla yanaşı, xarici ölkələrdə də humanist məzmunlu mədəniyyət layihələri reallaşdırmaqla böyük rəğbət qazanıb. Mehriban xanım Əliyevanın bütün təşəbbüslərinin, gerçəkləşdirdiyi layihələrin mərkəzində insan amili dayanır. Mehriban xanım Əliyevanın simasında vətəndaşlarımız köməyə ehtiyacı olanlara yardım əlini uzatmağa hazır olan etibarlı dayaq, doğma insan görürlər. Mehriban xanım Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərdən irəli gələn əzmkar və geniş fəaliyyətinin təməlində məhz xalqa layiqli xidmət məramı dayanır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli və xoşməramlı fəaliyyəti həm Azərbaycanda, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın idmanın inkişafına verdiyi töhfələr hamıya məlumdur. “İdman sağlamlıq rəmzidir, idman gözəllik rəmzidir, idman milli qürur və həmrəylik rəmzidir” – deyən Mehriban xanım Əliyeva idmanın cəmiyyətin həyatında oynadığı rolu yüksək qiymətləndirərək, onun həm də birləşdirici gücünün olduğunu vurğulayır. Azərbaycanın birinci xanımı 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidentidir. 2003-2004-cü illərdə ölkəmiz beynəlxalq gimnastika yarışlarına ev sahibliyi edib. 2015-ci ildə isə Mehriban xanım Azərbaycanda birinci Avropa Oyunlarının və bədii gimnastika üzrə beynəlxalq kubok yarışının uğurla keçməsində böyük rol oynayıb. O, həmçinin IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışların yüksək səviyyədə keçirilməsi işinə də bilavasitə rəhbərlik edib. Hərtərəfli inkişafa üstünlük verməklə Mehriban xanım Əliyevanın həyata keçirdiyi inkişaf strategiyası nəticəsində, hazırda Azərbaycanın 18 bölgəsində gimnastika bölmələri fəaliyyət göstərir. Əminliklə deyə bilərik ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gördüyü işlər çoxşaxəli və misilsizdir. Azərbaycanın birinci xanımı Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasətinin uğurla davam etdirilməsində, Prezident cənab İlham Əliyevin “Güclü Azərbaycan” modelinin gerçəkləşdirilməsində müstəsna rolu və mövqeyi olan, modern Azərbaycan qadınının obrazını ölkəmizdə və beynəlxalq aləmdə parlaq surətdə canlandıran bir liderdir. Вернуться назад |