Главная > Gündəm / Bölgə > Qaradağ Rayon İcra Hakimiyyətində silsilə tədbirlər davam edir - ÖZƏL

Qaradağ Rayon İcra Hakimiyyətində silsilə tədbirlər davam edir - ÖZƏL


20-06-2023, 15:02. Разместил: admin
000.JPG

“Heydər Əliyev ili” çərçivəsində "Milli Qurtuluş Günü" münasibətilə sərbəst güləş üzrə turnir keçirildi


1 (24).jpg

Sahil qəsəbəsində yerləşən 16N-li Bakı Peşə Liseyinin idman zalında “Heydər Əliyev ili” çərçivəsində 15 iyun - Milli Qurtuluş Günü münasibətilə sərbəst güləş üzrə turnir keçirildi.
Yarışın təntənəli açılışında dövlət himni səsləndi, Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Turnirdə 72 nəfər idmançı iştirak etdi.
Qaradağ Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov çıxış edərək, 15 iyun – Milli Qurtuluş günü münasibətilə iştirakçıları təbrik etdi, həmin günün mahiyyəti barədə ətraflı danışdı və idmançılara yarışlarda uğurlar arzuladı.
AİJA prezidenti, əməkdar jurnalist Eldar İsmayılov, rayon gənclər və idman idarəsinin rəisi Elçin Abbasov, liseyin direktoru Şakir Hüseynov yarışa qatılanları salamlayaraq onlara qələbə sevinci arzuladılar.
Gün ərzində gərgin mübarizə şəraitində keçən yarışda qaliblər diplom və medallarla mükafatlandırıldılar.
“Heydər Əliyev ili” çərçivəsində "Milli Qurtuluş Günü" münasibətilə sərbəst güləş üzrə turnir keçirildi
“Heydər Əliyev ili” çərçivəsində "Milli Qurtuluş Günü" münasibətilə sərbəst güləş üzrə turnir keçirildi
“Heydər Əliyev ili” çərçivəsində "Milli Qurtuluş Günü" münasibətilə sərbəst güləş üzrə turnir keçirildi



17 iyun – Tibb İşçilərinin Peşə Bayramı günüdür


001.jpg

Qaradağ Rayon İcra Hakimiyyətində 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı günü münasibətilə tədbir keçirilmişdir.
   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, icra hakimiyyətinin məsul işçiləri və rayonun tibb müəssisələrinin əməkdaşları iştirak etmişlər.
   Tədbiri Süleyman Mikayılov açmış və  səhiyyə sahəsində çalışan hər kəsi Tibb İşçiləri günü münasibətilə təbrik etmişdir.
   Bildirilmişdir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin yarandığı gün -  iyunun 17-si Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
   Prezident İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa edilərək müasir avadanlıqlarla təchiz olunur. Dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır. Səhiyyə sisteminin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzindədir.
   Son illərdə Azərbaycan həkimləri böyük fədakarlıqlar göstərmişlər. COVİD – 19 pandemiyası ilə mübarizədə yüzlərlə tibb işçisi həyatını itirmiş, aylarla evlərinə gedə bilməmişdilər. Bu mübarizədə yüksək ixtisaslı səhiyyə işçilərindən ibarət böyük bir ordu iştirak etmişdir.
   44 günlük Vətən müharibəsində də tibb işçilərimizin əməyi sayəsində itkilərimiz daha az olmuşdur, səhiyyə işçiləri arasında şəhidlər, qazilər olmuşdur.
   İxtisasca həkim olan Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən səhiyyə işçilərinə göstərilən dəstək, onların əməyinə verilən yüksək qiymət daim rəğbətlə qarşılanır.
   Səhiyyə sahəsində əməkdə fərqlənən bir qrup tibb işçiləri icra hakimiyyəti tərəfindən Fəxri Fərmanla təltif olunmuş, onlara hədiyyələr təqdim olunmuşdur.
   Səhiyyə işçiləri adından çıxış edən Qaradağ Tibb Mərkəzinin cərrahı Faiq Lazımov göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür etmiş, xalqımızın sağlamlığı keşiyində durmağın ən şərəfli iş olduğunu bildirmişdir.
 
17 iyun – Tibb İşçilərinin Peşə Bayramı günüdür
17 iyun – Tibb İşçilərinin Peşə Bayramı günüdür
17 iyun – Tibb İşçilərinin Peşə Bayramı günüdür
17 iyun – Tibb İşçilərinin Peşə Bayramı günüdür



Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Sanqaçal qəsəbəsində səyyar qəbulu keçirilmişdir


001.JPG


Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.
   Qəbulda Sanqaçal qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
   Keçirilmiş səyyar qəbulda 50-ə yaxın qəsəbə sakinləri iştirak etmişdir. 
   Sakinlərdən 9 nəfəri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını vermiş, bəzi müraciətlər yerindəcə həll edilmişdir.
   Qəsəbə sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
   Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdirilir.
 
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Sanqaçal qəsəbəsində səyyar qəbulu keçirilmişdir
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Sanqaçal qəsəbəsində səyyar qəbulu keçirilmişdir
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Sanqaçal qəsəbəsində səyyar qəbulu keçirilmişdir
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Sanqaçal qəsəbəsində səyyar qəbulu keçirilmişdir
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Sanqaçal qəsəbəsində səyyar qəbulu keçirilmişdir

Qaradağ rayonu, Ələt qəsəbəsində, E.Imanov küçəsində abad məhəllənin və istirahət parkının açılışı olmuşdur


Qaradağ rayonu, Ələt qəsəbəsində, E.Imanov küçəsində 1000 kv.m ərazidə abad məhəllənin və istirahət parkının açılışı olmuşdur. Açılışda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş Direktoru Taleh Ziyadov, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ictimaiyyətin nümayəndələri və Ələt qəsəbə sakinləri iştirak edirdilər.
   Açılışdan öncə yeni salınmış parkda ağacəkmə aksiyası keçirildi. Tədbir iştirakçıları həmişəyaşıl ağaclar əkdilər. 
   Yeni salınmış abad məhəllədə azyaşlı uşaqlar üçün kiçik idman meydançası, müxtəlif əyləncə qurğuları quraşdırılmışdır. Ərazidə sakinlər üçün iki ədəd sohbetgah quraşdırılmışdır. Velosiped həvəskarları üçün də xüsusi velosiped yolu düzəldilmişdir. Park ətrafı ərazilərdə asvalt örtüyü vurulmuş. 3 ədəd 5 mərtəbəli binaların fasadları təmir olunmuşdur. Parkın ətrafında olan binaların ətrafına 1000 kv. metrə yaxın asvalt örtüyü döşənmişdir.
  Qeyd etmək lazımdır ki, bu park salınarkən Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2018-ci il tarixli “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın 7.2.9.1. bəndinə əsasən Qaradağ Rayon İcra Hakimiyyəti icraçı qismində Avtomobil yollarında və küçə-yol şəbəkəsində velosiped zolaqlarının və duracaqlarının yaradıla biləcəyi ərazilərin müəyyən edilməsi, bununla bağlı müvafiq təkliflər hazırlanması və tədbirlər görülməsi tapşırığı icrasını təmin etmişdir.
Qaradağ rayonu, Ələt qəsəbəsində, E.Imanov küçəsində abad məhəllənin və istirahət parkının açılışı olmuşdur
Qaradağ rayonu, Ələt qəsəbəsində, E.Imanov küçəsində abad məhəllənin və istirahət parkının açılışı olmuşdur
Qaradağ rayonu, Ələt qəsəbəsində, E.Imanov küçəsində abad məhəllənin və istirahət parkının açılışı olmuşdur
Qaradağ rayonu, Ələt qəsəbəsində, E.Imanov küçəsində abad məhəllənin və istirahət parkının açılışı olmuşdur
Qaradağ rayonu, Ələt qəsəbəsində, E.Imanov küçəsində abad məhəllənin və istirahət parkının açılışı olmuşdur
Qaradağ rayonu, Ələt qəsəbəsində, E.Imanov küçəsində abad məhəllənin və istirahət parkının açılışı olmuşdur



Вернуться назад