Главная > Gündəm / Dünya > Türkiyə Cümhuriyyətinin Antalya şəhərində anadangəlmə fiziki qüsurlu gənclərin həqiqi hərbi xidmətə çağırışı və hərbi andiçmə mərasimi keçirildi

Türkiyə Cümhuriyyətinin Antalya şəhərində anadangəlmə fiziki qüsurlu gənclərin həqiqi hərbi xidmətə çağırışı və hərbi andiçmə mərasimi keçirildi


18-05-2023, 16:32. Разместил: admin


























Tədbirdə hərbi hissə Komandanlığı 97 nəfər gəncin fiziki cəhətdən qüsurlu olmalarına baxmayaraq 1 günlük hərbi xidmətdə olmaları və təntənəli surətdə hərbi and içmələrini elan etdi.
Təntənəli mərasimə qatılan Antalya Valisi Ersin Yazıcı gəncləri salamlayaraq bildirdi:" Vətən sevgisi heç bir şərtlə əngəl tanımaz. Qəhrəman əsgərlərimiz yolunuz və bəxtiniz açıq olsun."
Təntənəli mərasimdə Antalya şəhər Bələdiyyə Başqanının müavini Mustafa Gürbüz,  Antalya Bilim Universitetinin Rektoru Prof. Dr.İsmayıl Yüksek, Kəpəz Kaymakamı Nüsrət Şahin, Muratpaşa Kaymakamı Orhan Burhan, Kəpəz Bələdiyyə Başqanı Hakan Tütünçü, İl Müftisi Nazif Fethi Yalçınkaya, Antalya Əsnaf və Sənətkar Odaları Birliyi Başkanı Adlıhan Dərə, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Baş Konsulu Cem Topçu, Antalya hüquq-mühafizə orqanlarının rəhbərləri, yüksək rütbəli generallar və zabitlər,  AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi e.o. polkovnik Elmar Hüseynov, ASKEF Genel Başkanı Savaş Ünal, Antalya Müharibə Qaziləri Dərnəyinin şöbə müdürü e.o. Albay Zeynal Abidin Sezer, 15 Temmuz Şəhidlər Birliyinin Başqanı Zəki bəy, Qazilər və əsgər ailələri iştirak edirdilər.
Təntənəli mərasim Böyük Mustafa Kamal Atatürkün və Şəhidlərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Sonra Türkiyə Cümhuriyyətunin İstiqlal Marşı oxundu. Gənc əsgərlər adından Alperen Çetinkaya çıxış etdi və xatirə lövhəsini yerinə vurdu. Ona Antalya  Valisi Ersen Yazıcı tərəfindən əsgəri xidmətini yerinə yetirdiyinə görə rəsmi sənəd təqdim edildi.
Vətən Sevgisi əngəl tanımaz, Vətən sevgisinin heç bir şərtlə əngəl tanımayacağını ifadə edən Vali Yazıcı: “Vətənə, millətə və bayrağa hörməti nemət bilən, ürəyi vətən eşqi ilə dolu 97 gəncin hərbi xidmət mərasimində iştirak etdik.Onların sevincinə ortaq olduq, hər birinə hərbi xidmətdən tərxis olunmaları haqqında sənəd  təqdim edildi.
Vali Ersen Yazıcının çıxışından sonra gənc əsgərlər hərbi orkestrlə təntənəli surətdə trubunanın önündən fəxrlə keçdilər.
Tədbirin sonunda Fəxri qonaqlar, gənc əsgərlər, ailə üzvləri birlikdə xatirə şəkli çəkdirdilər.

Fərid Faiqoğlu
AVMVİB-nin üzvü

Türkiyə Cümhuriyyətinin Antalya şəhərində anadangəlmə fiziki  qüsurlu gənclərin həqiqi hərbi xidmətə çağırışı və hərbi andiçmə mərasimi keçirildi
Türkiyə Cümhuriyyətinin Antalya şəhərində anadangəlmə fiziki  qüsurlu gənclərin həqiqi hərbi xidmətə çağırışı və hərbi andiçmə mərasimi keçirildi
Türkiyə Cümhuriyyətinin Antalya şəhərində anadangəlmə fiziki  qüsurlu gənclərin həqiqi hərbi xidmətə çağırışı və hərbi andiçmə mərasimi keçirildi
Türkiyə Cümhuriyyətinin Antalya şəhərində anadangəlmə fiziki  qüsurlu gənclərin həqiqi hərbi xidmətə çağırışı və hərbi andiçmə mərasimi keçirildi
Türkiyə Cümhuriyyətinin Antalya şəhərində anadangəlmə fiziki  qüsurlu gənclərin həqiqi hərbi xidmətə çağırışı və hərbi andiçmə mərasimi keçirildi
Türkiyə Cümhuriyyətinin Antalya şəhərində anadangəlmə fiziki  qüsurlu gənclərin həqiqi hərbi xidmətə çağırışı və hərbi andiçmə mərasimi keçirildi
Türkiyə Cümhuriyyətinin Antalya şəhərində anadangəlmə fiziki  qüsurlu gənclərin həqiqi hərbi xidmətə çağırışı və hərbi andiçmə mərasimi keçirildi 
Вернуться назад