Главная > Gündəm > "Riyaziyyat-ədədlərin sehirli dünyası" adlı tədbir keçirildi- FOTO/VIDEO
"Riyaziyyat-ədədlərin sehirli dünyası" adlı tədbir keçirildi- FOTO/VIDEO24-03-2023, 18:15. Разместил: admin |
![]() Pi gününə həsr olunmuş tədbir 14 mart tarixində 193 nömrəli tam orta məktəbdə Beynəlxalq Pi gününə həsr olunmuş "Riyaziyyat-ədədlərin sehirli dünyası" adlı tədbir keçirildi. Tədbirdə 8-ci və 9-cu sinif şagirdləri Riyaziyyatın tarixi, riyaziyyatın müxtəlif peşə sahibləri üçün rolu haqqında məlumat verdi. Dahi alimlərdən stat gətirildi. Tədbirdə riyazi hesablamalarda gizlənən sehirbaz səhnəsi iştirakçıların marağına səbəb oldu. Daha sonra tədbir iştirakçıları 2-ci sinif şagirdlərinin təqdimatındakı tapmacaları cavablandırdılar. ![]() Pi ədədindəki rəqəmlərin sonsuz sayda olmasından danışdı və Pi günün tarixi ilə bağlı şagirdlərə məlumat verdi. Məktəbin riyaziyyat müəllimi, riyaziyyat dərsliklərinin həmmüəllifi Günay Hüseynzadə tədbir üçün nəyə görə “Riyaziyyat-ədədlərin sehirli dünyası” adını seçdikləri haqqında məlumat verərək əsas ideyası rəqəmlər fəlsəfəsi olan dahi riyaziyyatçı Pifaqordan sitat gətirdi: ”Riyaziyyatın yüksək vəzifəsi bizi əhatə edən qarmaqarışıqlar içərisində nizamı tapıb üzə çıxartmaqdır. Bu işdə bizə ədədlər kömək edir.” Tədbirin şagirdlərin riyaziyyata marağının artmağında rolu olacağına inandığını bildirdi. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Вернуться назад |