Главная > Gündəm / Cəmiyyət > AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev şəhid ailələri ilə görüşüb

AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev şəhid ailələri ilə görüşüb


23-12-2022, 15:23. Разместил: admin
























AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev şəhid ailələri ilə görüşüb

Dekabrın 23-də Azərbaeycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev AHİK tərəfindən övladları himayəyə götürülmuş şəhidlərimizin ailə üzvlərinin bir qismi ilə görüşüb.

Tədbir Vətən uğurunda canından keçən oğul və qızlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Şəhid ailələrini salamlayan S.Möhbalıyev onları qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.


AHİK sədri 44 günlük Vətən müharibəsindən, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin mahir sərkərdəlik keyfiyyətlərindən və diplomatik bacarığından, düşmənin işğalçı ordusunu məhv edən əsgər və zabitlərimizin qəhrəmanlıqlarından, onların şanlı döyüş yolundan danışıb.

Bildirib ki, Azərbaycan Ordusu uzun illər düşmən tapdağı altında olan torpaqlarımızı Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə cəmi 44 günə azad etdi, bu gün Şərqi Zəngəzurda və Qarabağda üçrəngli Dövlət bayrağımız əzəmətlə dalğalanır: “Əsgər və zabitlərimizin yüksək döyüş ruhu, Vətənə, torpağa olan sonsuz sevgisi bütün dünyanı heyran qoydu. Yaralı əsgərlərimizin müharibə meydanını tərk etməməsi, o vəziyyətdə belə döyüşməyə davam etməsi misilsiz qəhrəmanlıqdır. Hər bir əsgər ancaq qələbə haqqında düşünürdü, çünkü bu məqsədlə cəbhəyə yola düşmüşdülər. Onları böyüdən və tərbiyə edən valideynlər, həyata hazırlayan müəllimlər yalnız mübariz ruhlu gənclik yetişdirdilər. Əsgərlərimiz Vətən qarşısında borclarını ləyaqətlə və vicdanla yerinə yetirdilər, döyüş tapşırıqlarını uğurla başa çatdırdılar”.


AHİK sədri şəhid ailələrinə deyib ki, məhz sizin övladlarınız, həyat yoldaşlarınız, atalarınız düşmən qarşısında mətin dayandılar, yalnız irəli getdilər, taktiki olsa belə, geri addım atmadılar: “İllər keçsə də, Azərbaycan xalqı şəhidlərini heç vaxt unutmayacaq, əziz xatirəsini hər zaman ehtiramla yad edəcək”.

Konfederasiya sədri vurğulayıb ki, dövlətimiz hər zaman şəhid ailələrinin yanıda olub: “Bu sahədə dövlət orqanları ilə yanaşı, ictimai təşkilatlar da fəallığı ilə seçilir. Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlərin misili yoxdur. Hər zaman Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fond şəhid ailələrinə hərtərəfli dəstək olur”.


Görüşdə çıxış edən şəhid ailələrinin üzvləri ölkəmizdə onlara göstərilən ali münasibətdən və yüksək qayğıdan razılıqlarını bildiriblər. Qeyd ediblər ki, dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva onlara xüsusi diqqət göstərir və hərtərəfli dəstək olurlar.

Sonda AHİK tərəfindən şəhid ailələrinin üzvlərinə bayram sovqatları verilib, maddi köməklik göstərilib, Yeni il münasibətilə keçiriləcək bayram şənliklərinə biletlər paylanılıb.


AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi





Вернуться назад