Главная > Gündəm > QHT rəhbəri Yasəmən Qəyyumlu Şuşa- Xankəndi və Laçın dəhlizi istiqamətində keçirilən"Ekoloji terrora son" aksiyasında iştirak edib
QHT rəhbəri Yasəmən Qəyyumlu Şuşa- Xankəndi və Laçın dəhlizi istiqamətində keçirilən"Ekoloji terrora son" aksiyasında iştirak edib22-12-2022, 16:05. Разместил: admin |
"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin sədri Yasəmən Qəyyumlu Şuşa-Xankəndi, Laçın dəhlizi istiqamətində "Ekoloji terrora yox" deyək aksiyasında idarə heyəti ilə bərabər iştirak edib. Şuşa-Xankəndi və Laçın dəhlizi istiqamətində azərbaycanlı ekoloqların və bu sahə üzrə ixtisaslaşmış bir sıra QHT rəhbərlərinin həmin əraziyə keçməsinə və monitorinq aparmalarına sülhməramlılar tərəfindən imkan verilmədiyi üçün məhz bu cür dinc aksiyanın keçirilməsinə başlanılıb. Günlərdir davam edən dinc aksiyada yüzlərlə QHT rəhbərləri, nümayəndələri, mediya mənsubları və digər təmsilçilər iştirak ediblər. Aksiya davam edir. Vətəndaş cəmiyyəti institu fəallarının iştirakı ilə keçirilən aksiyada mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, aksiya iştirakçıları öz sözlərini deyir və müvafiq şüalarını səsləndirirlər. Aksiyanın keçirilməsində əsas məqsəd otuz il ərzində əzəli və əbədi torpaqlarımıza öz xain havadarları ilə birlikdə zərər vermuş insanların çirkin niyyətlərini bilən xalqımız, xüsusilə QHT fəalları tərəfindən ekoloji terrorun qarşısını almaqdır. Havanın hansı iqlim dəyişikliyindən asılı olmayaraq, aksiya gecə-gündüz yüksək coşqu ilə həyata keçirilir. Birlik sədri Yasəmən Qəyyumlu bildirib ki, Şuşa-Xankəndi və Laçın dəhlizi istiqamətində keçirilən bu aksiya çox önəmlidir. Çünki bu torpaqlar şəhidlərin və qazilərin qanı, canı bahasına düşmən tapdağından azad edilib. Bu gün də biz torpaqlarımıza, təbiətimizə yeraltı və yerüstü sərvətlərimiza sahib çıxmalı və qorunmalıyıq. Fərid Səfərov Mətbuat katibi Вернуться назад |